Aksiya çərçivəsində Bakı-Minsk-Bakı aviareysi 315 avro təşkil edəcək.
Endirim zamanı alınan aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bundan başqa, bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur, yerlər məhdud olar bilər, maksimal qalma müddəti isə bir aydır. Endirimli qiymətlərdən artıq yararlanmaq olar.
Bakıdan Minskə uçuşlar həftənin çərşənbə axşamı və bazar günləri həyata keçirilir.
Uçuşlar haqqında ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün AZAL-ın satış ofislərinə və ya AZAL-ın Çağırış Mərkəzinə müraciət edə bilərsiniz:
+(99412) 598-88-80
*8880
e-mail: callcenter@swtravel.az