Əsrarəngiz festivalları ilə fərqlənən Şəki bu dəfə 9 May Qələbə gününə həsr olunmuş növbəti festival keçirəcək.
Dövlət səviyyəsində baş tutacaq festivalda iştirak edərək, Şəkimizin təbiətindən zövq almaq istəyirsinizsə, turizm şirkəti, 9 may gününə cəmi 23 manata tur təşkil edir. Turun qiymətinə isə komfortlu nəqliyyat ilə transfer, festivalda iştirak, səhər yeməyi, çay süfrəsi, ekskursiyalar Şəki Xan Sarayı, Karvansaray, Şirniyyat evi, Nohurgöl, və fotosessiya daxildir. 5 yaşa qədər 1 uşaq pulsuz iştirak edə bilər.