AZAL təyyarəsi Bakıda məcburi eniş edib

AZAL təyyarəsi Bakıda məcburi eniş edib
Xəbərlər 8 May 2018 10:29 593
AZAL təyyarəsi Bakıda məcburi eniş edib

 

Yerli vaxtla saat 08:59-da uçan Azərbaycan Hava Yollarının (AZAL) J2-075 Bakı (GYD) - İstanbul (IST) reysini yerin yetirən hava gəmisinin komandiri texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna dönmək qərarını qəbul edib.

Səyyah.az turizm portalı xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

“Təyyarə Bakı hava limanında yerli vaxtla saat 09:33-də uğurlu eniş edib. Reysin sərnişinləri digər bir təyyarə ilə İstanbula yola salınacaqlar. Reysin statusu yeniləndikcə əlavə məlumat veriləcək”, - deyə məlumatda bildirilir. @oxu.az

OXŞAR XƏBƏRLƏR