Maldiv Adalarının rəqibi turist axınına uğrayıb

Maldiv Adalarının rəqibi turist axınına uğrayıb
Xəbərlər 8 May 2018 10:38 725
Maldiv Adalarının rəqibi turist axınına uğrayıb

Maldiv adalarını xatırladan Bokod Gölünün üzən evləri, Macarıstanın paytaxtı Budapeştə 80 km məsafədə yerləşir və turistlərin ən çox baş çəkdiyi yerlərdən biridir. Burda istirahət edən turistlər Bokodi Gölü evlərinin ən gözəl zamanının yaz və yaz ayları olduğunu deyirlər.

Macarıstanın sərt keçən qışlarına baxmayaraq, yaxın bir zamana qədər çox nadir hallarda donan göldəki üzən evləri bölgə əhalisi yaz aylarında yazlıq ev kimi istifadə edirdilər. İlin başqa fəsillərində isə bu ərazi balıqçıların ixtiyarında olurdu.

Ancaq evlərin səs-sədası internet sayəsində son illərdə dünyanın hər tərəfinə yayılıb və Bokodi Gölünün üzən evləri xüsusilə də səyyah fotoqrafların Avropada tez-tez baş çəkdikləri ən məşhur yer olub.

2013-ci ildə mavi bir dumanın içində şəkilləri çəkilmiş evlərin Bing axtarış motorunda yayımlanamasından sonra milyonlarla adamın diqqətini çəkən bu Orta Avropa şəhərindəki evlər olduqca çox marağa səbəb olmuşdu. 2014-ci ildə üzən evlər Eurovisionda Macarıstanı təmsil edən müğənninin klipində də çəkilmişdi.

Gölün soyuq aylarda donmaması məsələsinə gəlincə isə, bu xüsusi qurğular sayəsində mümkün olur. Bu qurğular göldən soyuq suyu çəkib yerinə ilıq su buraxır. Gölün donmaması ən çox balıqçıların işinə yarayır. Onlar üzən evlərin eyvanlarında oturaraq balıq tuta bilirlər. Suyun isidilməsi işini görən qurğuların 2015-də bağlanması qərarından sonra göl soyuq aylarda donur, bu isə həm balıqçılığın, həm də turizmin inkişafına zərər verdi. Macarıstan təbiətinin qış aylarında necə sərt olmasını nəzərə alsaq bu gölün donması gözəlliyini itirməsi deməkdir.

OXŞAR XƏBƏRLƏR