Lakin Avropada daha az populyar olsa da, təbii gözəlliyi ilə diqqət çəkən əsrarəngiz yerlər az deyil. "Seyyah.az" Avropanın ən gözəl 18 təbiət möcüzəsini diqqətinizə çatdırır.
1. Moher Qayalıqları - İrlandiya
İrlandiyanın qərbində, Atlantik okeanına sanki bir pərdə kimi düşən Moher Qayalıqları. 300 milyon yaşa malik bu qayalıqlar dəniz səviyyəsindən 120-200 metr yuxarıda yeləşir. Hər il yüz minlərlə turist bu təbiət gözəlliyini görmək üçün İrlandiyaya gəlir. Əfsanəyə görə qızıl şəhər Kilstiffen'ə ev sahibliyi edirmiş Bu şəhərin sahibi böyük qalanın açarlarını itirdikdən sonra şəhər su altında qalıb.
2. Keyrnqorms Milli Parkı – Şotlandiya, Birləşmiş Krallıq
Bir zamanlar Keltler və Piktlerin etdiyi kimi Şotlandiyanın dağlıq ərazilərinə səfər etmək istəyirsiniz? O zaman Keyrnqorms tam sizə uyğun yerdir. Şotlandiyadakı 6 ən böyük dağından 5-nə sahib olan bu park Birləşmiş Krallığın ən böyük milli parkı sayılır.
3. Verdon Kanyonu - Fransa
Cənubi Fransanın Provens bölgəsindən keçən mavi sulara ev sahibliyi edən Verdon Kanyonu, Parisdən Riviera sahillərinə qədər gedən yolda sanki bir cənnətdir. 25 kilometr uzunluqda və 700 metr dərinliyə malik əhəng strukturlu bu kanyon alpinistlərin və mənzərədən faydalanmaq istəyən insanlar üçün də mükəmməl fürsətdir.
4. Çamoniks - Fransa
İsveçrə ilə İtaliya sərhədinin yaxınlığındakı bu bölgə Fransa Alplarında yerləşən Çamoniks-Mont-Blank-ın gözəl kəndlərinə ev sahibliyi edir. Ziyarətçilər funikulyor vasitəsilə “Eqyuiy-dyu-Midi”nin buzlaq və qayalıqlı ərazilərin gözəlliklərini seyr edə bilər.
5. Matterhorn - İtaliya-İsveçrə sərhədi
Matterhorn, səmaya 4,500 metr boyunca uzanan bir piramida kimidir. İsveçrə-İtaliya sərhədini qucaqlayan bu dağ, İsveçrənin ən yüksək zirvəsinə sahibdir. Alp silsiləsinin ən yüksək və ən təhlükəli dağlarından biridir. İndiyədək bu dağı fəth etmək istəyən 500-dən çox alpinist həyatını itirib.
6. Dolomites - İtaliya
Dolomites dağı, İtaliyanın cənubu boyunca daşdan ucaldılmış taca bənzər bir təbiət möcüzəsidir. Hündür zirvələrinin 18-I 3000 metrdən yüksəkdir. Möhtəşəm mənzərəyə malikdir.
7. Douro Vadisi - Portuqaliya
Təqribən 2000 ilə yaxındır ki, insanlar Douro Vadisində şərab üzümü yetişdirirlər. Bu vadi üzüm və zeytun bağları ilə zəngindir.
8. Kabo De Qata-Nixar Milli Parkı - İspaniya
Flaminqolara, qartallara ve bir çox digər heyvan və quşlara ev sahibliyi edən Kabo De Qata-Nixar Milli Parkı Qərbi Avropanın ən gözəl təbiət mənzələrindən sayılır. Gözəl qum təpələri, vulkanik strukturlar və gizli sahillərə malikdir. Şəhər həyatından uzaqlaşmaq istəyənlər üçün ideal yerdir.
9. Melissani Mağarası - Yunanıstan
İon dənizi sahilində yerləşən yunan adalarından birində yerləşir. Melissani Mağarasında su o qədər aydındır ki, üzərində gəzərkən sanki səmada gəzirmişsən kimi görüntü yaradır.
10. Santorini - Yunanıstan
Bəyaz divarlı və mavi damlı evlərlə tanınan Santorini 3500 il öncə püskürmüş və hazırda oyanmaqda olan vulkanın qalığıdır. 1707-ci ildə suyun altında püskürən vulkanın soyuyaraq adaya çevirdiyi bu ərazidə vulkanik fəaliyyət hələ də davam etməkdədir.
11. Durmitor Milli Parkı - Çernoqoriya
Mozaik təpələri, buzlu gölləri və Avropanın ən dərin vadisi olaraq tanınan Durmitor Milli Parkı qitənin ən möhtəşəm təbii xəzinələrindəndir. Milli Park ərazisində Tara Kanyonu yerləşir. Kanyon boyunca isə 80 kilometr uzunluqda çay axır.
12. Plitvitse Gölləri Milli Parkı - Xorvatiya
Milli Parkda şəlalələr və axar sular 18 digər gölü boyunbağının muncuqları kimi bir-birinə bağlayır. Parkda təbiətin mavi və yaşılın çalarları göz oxşayır.
13. Aysrizenvelt – Avstriya
Almancadan tərcümədə “Buz Nəhənglərinin Dünyası” mənasını verir. Adına uyğun olaraq başqa bir dünyadanmış kimi görünən mağara Avstriyanın cənubunda yerləşir. Planetin ən böyük buz mağarası olaraq tanınır.
14. Berxtestagen Milli Parkı - Almaniya
Bir Alman turizm elanında bura “Vəhşi həyatın başladığı yer” adlandırılıb. Sakit, zümrüd yaşılı sulara malik Keniqzee Gölündə yüksələn və Vatzmann yüksəkliklərinə qədər uzanan bu ərazi böyüklüyünə görə Almaniyanın ikinci ən böyük dağıdır.
15. Qara Meşəlik - Almaniya
Şam və küknar ağaclarından ibarək 7000 km2-lik ərazi. Hündür və sıx ağaclar və təpəliklərdən ibarət bu meşəlik sahə bir çox nağılların ilham qaynağı olub (Qrimm qardaşlarının “Hensel və Qretel” nağılındakı kimi).
16. Farer Adaları - Danimarka
Atlantik okeanının Şimalında yerləşən və 18 adadan ibarək adalar qrupudur. Farer adaları qağayıların, sığırçınların və digər dəniz quşlarının, həmçinin 50000 insanın məskənidir.
17. Fiordlar - Norveç
Fiordlar ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzləridir. IV dövr buzlaşmasının fəaliyyəti nəticəsində, daha sonra çay dərələri və tektonik çökəkliklərin dənizi basması nəticəsində əmələ gəlib. Norveçin soyuq sularına düşən bu möhtəşəm uçurumlar gözəl və buzlu strukturlarla göz oxşayır.
18. Şimal Qütb Parıltıları - Finlandiya, Norveç, İsveç, İslandiya
Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olma hadisəsidir. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyacanlanır". Bunun nəticəsində də Qütb parıltısı əmələ gəlir. Bu möcüzəli qütb parıltıları Finlandiya,Norveç, İsveç və İslandiya səmalarını xüsusi bəzəyir.