Turizmin əsas təhlükəsi açıqlandı

Turizmin əsas təhlükəsi açıqlandı
Xəbərlər 9 May 2018 14:46 600
Turizmin əsas təhlükəsi açıqlandı

Atmosferi çirkləndirən karbon qazı tullantılarının səkkiz faizi turizm sektorunun payına düşür.

 Səyyah.az turizm portalı xəbər verir ki, Sidney universitetinin alimləri belə bir nəticəyə gəlib. Elmi işin müəllifləri 2009-2013-cü illər ərzində 160 ölkədə “istixana” qazlarının axınlarını tədqiq edib. 

Məlum olub ki, turizm biznesi planetin çirklənməsi və dolayısı yolla iqlim dəyişikliyinə yol açan faktorlardan biridir.

Turistlərin səbəb olduğu karbon dioksid tullantılarının miqdarına görə, birinci yerdə ABŞ gəlir.  Siyahıda ardınca Çin, Hindistan və Almaniya qərarlaşıb.

Bu dövlətlərdə atmosferin karbon qazı tullantıları ilə çirklənməsinin əsas faizi ölkədaxili səyahətlərin payına düşür.

OXŞAR XƏBƏRLƏR