Otelçiliyin yeni dəbi artıq +18 otellərdir. Ancaq adına baxıb otelin əxlaq normalarından kənar fəaliyyət göstərdiyini düşünməyin, çünki bu tip otellərdə +18 ifadəsi uşaqsız, sakit və gurultusuz bir tətil keçirmək məqsədi daşıyır. Artıq cütlüklər uşaqlardan, səs-küydən uzaq romantik tətillər üçün "+16" və "+18" mehmanxanalarına üstünlük verir.
Türkiyədə ilk dəfə Antaliyada tətbiq olunan +18 otel konsepsiyası çox populyar olduğu üçün bölgədə +16 və +13 konsepsiyası da yaradıldı. Cütlüklər +16 və +18 otelləri dünyanın ən ekzotik yerlərinə səfərdən daha üstün tuturlar. Bu ideya 2000-ci illərdə Antalya turizm sahəsində "hər şey daxil" konsepsiyası kimi təklif edilmişdi. Bu müddətdə alternativ turizm növlərinin də çox müzakirə edildiyi şəhərdə golf, idman, konqres kimi müxtəlifliyə lduqca çox yer verilirdi. Yeniliklərə 2012-ci ildə Türkiyənin ilk +18 oteli də əlavə edildi.
Antaliyada ildə 3.5 milyona yaxın turistin baş çəkdiyi Türkiyənin ilk +18 oteli olaraq açılan Commodore Elite Suits & Spa Side, yalnız 18 yaşdan yuxarı turistlərə xidmət göstərir. +18 tətbiqi olan otel böyük bir marağa səbəb oldu, bölgədə +16 və +13 kimi yeni tətbiqləri olan otellər açıldı. Qeyd edək ki, +16 və +18 otellərdə otaqlar bal ayı üçün hazırlanan otaqlara bənzər şəkildə bəzənir, lakin bal ayı üçün ayrılan otaqlar 20-25 fazi daha bahadır.
+18 Commodore Elite Suits & Spa Sidenin icraçı direktoru Mustafa Şahin ilin 12 ayı xidmət göstərdiklərini, +18 tətbiqinə görə çox maraqla qarşılandıqlarını deyir. Xüsusilə baş ayı üçün otelin çox seçildiyini deyən otel müdiri Böyük Britaniya, Hollandiya və Belçika kimi ölkələrdən gələn turistlərin də +18 konsepsiyasına üstünlük verdiyini və son dövrdə Rusiyadan ciddi turist axını olduğunu bildirib.
Otelin ilk istofadəyə verildiyi dövrdə +18 ifadəsinin qəribə qarşılandığını, hətta buna görə sərt reaksiya ilə üzləşdiyini deyən Şahin zamanla gələn qonaqların tətil edib gördükdən və oteli tanıdıqdan sonra +18 ifadəsinin uşaqsız, səssiz bir tətil anlayışı olduğunu bildiklərini qeyd edib.
Qeyd edək ki, bölgədə +16 otel də böyük marağa səbəb olmuşdu. Daha çox 25-40 yaşlı turistlərin gəldiyi bu otel ucuz qiymətləri ilə də məşhurdur. Otel müdirinin sözlərinə görə Hollandiya, Polşa, Rumıniya, Rusiya və Türkiyədən olan turistlər əsasən kitab oxuyurlar, hovuzda istirahət edirlər, axşam əyləncələrinə qatılırlar.