Bildiyimiz kimi bir çox azərbaycanlı turistlərin üstünlük verdiyi şəhərlərdən biri də Kiyevdir.
Bunu nəzərə alaraq fins.az Bakıdan Kiyevə müxtəlif nəqliyyat vasitələri ilə səfərlərin qiymətlərini öyrənib. Belə ki, Kiyevə qatarla qiymətlər plaskartda 185 manata, kupedə isə 260 manatdır. Kiyev qatarı həftədə 1 dəfə şənbə günləri saat 01:35-də Bakı dəmiryolu vağzalından yola düşür. Yox əgər yerüstü nəqliyyatda çox vaxt sərf etmək istəmirsizsə o zaman “ButaAirways”dən 170 manata, “AZAL”dan isə 255 manata bilet almaqla səfərə çıxa bilərsiz. Xatırladaq ki, istər qatar istərsə də təyyarə biletlərinin qiymətləri tarixlərə görə dəyişir.