"Azərbaycan Hava Yolları" (AZAL) Almaniyanın paytaxtı Berlinə birbaşa aviareys açır.
"Seyyah.az"-ın "AzərTAc"a istinadən məlumatına görə, "AZAL"-ın nümayəndəsi Məhərrəm Səfərli bildirib ki, Bakı-Berlin-Bakı istiqamətində birbaşa uçuşlar mayın 2-dən etibarən reallaşacaq. Həftənin III və VI günləri həyata keçiriləcək uçuşlar "Aerobus-319" tipli müasir təyyarələrlə yerinə yetiriləcək.