Bunları etmədən Tblisidən qayıtmayın - SƏFƏR GÜNDƏLİYİ

Bunları etmədən Tblisidən qayıtmayın - SƏFƏR GÜNDƏLİYİ
Xəbərlər 11 May 2018 10:25 972
Bunları etmədən Tblisidən qayıtmayın - SƏFƏR GÜNDƏLİYİ


 

Uzaq ölkələrə səyahətə gedə bilməyənlər üçün ən yaxşı alternativ olan qonşu Gürcüstanın gözəl Tblisi şəhəri azərbaycanlı turistlərin sevdiyi səyahət yerlərindən biridir. Bəs bu şəhərdə nəyi görməli, nəyi yeməli, hara getməli? Facebook səhifələrindən birində “Tblisidən nə etmədən qayıtmamalıyam?” adlı keçirilən sorğuya yazılmış cavabları oxucularımıza təqdim edirik.

 

Aynur Qasımova: Məncə qədim kilsələri gəzin, dini musiqiləri dinləyin

Mence "qedim kilselerden birine ziyaret ederek dini merasimlerini dinlemek" chox gozel olar.

Rustam Rustamzadeh: Kazinolara baş çəkin )))

Nigar Gurbanova: Rezo Qabriadzenin “Stalinqrad doyushu” tamaşasına baxmadan, və məşhur kükürd hamamına getmədən qayıtmayın

Chinare Nurmemmedova: Minimum bir dəfə "Samakitno" restoranlarının birində oturub gürcü mətbəxindən nəsə yeməlisiz, axşam 7-dən sonra Fabrikaya gedib ordakı ab-havanı görməlisiz. Gəzməyə isə Old City yaxşıdır.

Nilgun Aslanova: Şəhərin mərkəzində H. Əliyev parkının arxa tərəfindəe şəlalə var( adını bilmirəm). Axşam o şəlalənin yanında oturub o sakitliyi dinlemədən qayıtmayın.

Sabina Yusifli: Tiflisdə səhv etmirəmsə Shardenidə kicik dondurma dukanı var. İndiyə qədər yediyim ən gözəl dondurmanı hazırlayırlar. Tiramisu dondurma məsləhətdir.

Jala Alakbarova: Sabina, Luca Polaredir ora, böyük ehtimalla bu dondurma yerini nəzərdə tutursan . Çox dadlıdır ordakı dondurmalar.

Sevinc Gasanova: Tbilisinin mərkəzindəki botanika bağının içində yerlesen dahi mütəfəkkirlərimizin qəbrini ziyarət etmək gözəl olardı.

Jala Alakbarova: Gecə həyatı üçün Fabrika, Gallery və ya Dive Tbilisiye getmək olar.

Neman Fataliyev: Maraqlı bir yer görmüşdüm. Nə gedə bildim, nə də adını bildim. Şəhərin yuxarısında idi. Qara, hündür divarlı qədim qalaya bənzər bir yer idi. Bilən varsa adını yazsın zəhmət olmasa

Azar Jafarov: Miskxeta olub? Gözəl mənzərəsi var oranın

Aksana Kaiser: "Vinnoe morojnoe" , khabidzgina(potato khachapuri), Guruli (egg,cheese, khachapuri), Avstralian Khachapuri (sausages, cheese, ham) yeyin mütləq. Turistlər və yerli olmayanlar bu nemətləri hec vaxt dadmırlar, çünki məlumatlı olmurlar.

OXŞAR XƏBƏRLƏR