Səudiyyə Ərəbistanına məxsus “Flynas” aviaşirkətinin Ər-Riyad və Dammamdan Bakıya olan uçuşlarının vaxtı məlum olub.
Səyyah.az turizm portalı fins.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət öz “twitter” hesabında məlumat yayıb. Bildirilib ki, Ər-Riyad-Bakı aviareysi iyunun 8-dən, Dammam-Bakı aviareysi isə iyun ayının 15-dən başlayacaq. Hər iki aviareys üzrə uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək.