Türkiyədə iki təyyarə toqquşub

Türkiyədə iki təyyarə toqquşub
Xəbərlər 14 May 2018 09:52 782
Türkiyədə iki təyyarə toqquşub

 

 

Türkiyənin Atatürk hava limanında “Airbus A321” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın “Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb.

 Səyyah.az turizm portalı “Milliyet”ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hər iki təyyarəyə ziyan dəyib.

 

OXŞAR XƏBƏRLƏR