Azərbaycana uçuş həyata keçirən şirkətlərin - SİYAHI

Azərbaycana uçuş həyata keçirən şirkətlərin - SİYAHI
Xəbərlər 15 May 2018 11:47 319
Azərbaycana uçuş həyata keçirən şirkətlərin - SİYAHI

 

Azərbaycanın aviasiya bazarına son iki ildə daha 21 aviaşirkət daxil olub. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən Oxu.Az-a verilən xəbərə görə, bunlar “Ata Airlines”, “Montenegro Airlines”, “Etihad Airlines”, “Air Arabia”, “Nord Wind Airline”, “Ikar Airlines”, “Ir Aero”, “Al Naser Wings Airlines”, “Pobeda Airlines”, “Salam Air”, “KomAviatrans Aero”, “Jazeera Airlines”, “Wataniya Airlines” (Kuwait National Airways), “Mahan Air”, “Taban Air”, “Israir”, “Arkia Airlines”, “Flynas”, “Gulf Air”, “Nordavia Regional Airlines”, “Pegasus Airlines” aviaşirkətləridir. 

2016-cı ildən başlayaraq, qüvvədə olan “Yay-2018” mövsümü də daxil olmaqla, Əl-Küveyt, Əbu-Dabi, Şarca, Tivat, Məsqət, Ər-Riyad, Dammam, Ufa, Krasnoyarsk, Samara, Trabzon, Jukovski, Manama, Sofiya, Alaniya və Kiyevin ikinci hava limanı olan Julyanı istiqamətləri üzrə 16 yeni reys açılıb.

Bu günədək hava əlaqəsi haqqında 39 saziş imzalanıb, 34 saziş ekspertlər səviyyəsində razılaşdırılıb.

2016-cı ildən başlayaraq dörd dövlətlə (Əfqanıstan, Cibuti, Küveyt, ABŞ) sazişlər imzalanıb, yeddi dövlətlə (Аvstraliya, İsrail, Keniya, Yeni Zelandiya, Мonqolustan, Тailand, Seyşel Adaları) saziş mətnləri razılaşdırılıb.  

OXŞAR XƏBƏRLƏR