Alanyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə münasibət bildirilib

Alanyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə münasibət bildirilib
Xəbərlər 15 May 2018 12:45 190
Alanyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə münasibət bildirilib

Azərbaycan Turizm Assosiasiyası (AZTA) son dövrlər “Buta Airways” tərəfindən kurort şəhəri olan Alanyaya uçuşların dayandırılması barədə gəzən söz-söhbətlərlə bağlı yerli turistlərə müraciət edir: “Hec bir reyslər ləğv olunmayıb!”

“Buta Airways” uçus istiqamətlərini tələbə uyğun olaraq seçib və prioritet istiqamətlərdən biri də Alanyada yerləşən Gazipaşa hava limanıdır. Şirkət sentyabr ayından uçuşların başlaması üçün hava limanı ilə danışıqlar aparmağa başlayıb. Antalya hava limanından fərqli olaraq Gazipaşa-da xidmət haqqının xeyli ucuz olması danışıqların səbəbidir. Lakin danışıqlarda baş verən texniki problemlərə görə, uçuşların müvəqqəti olaraq Antalya hava limanında həyata keçirilməsi qərara alınıb. Buna səbəb də bu istiqamətdə uçuşların davamlılığını təmin etməkdir. Keçən ilin mart ayında “Buta Airways” şirkətinin 7 iyun tarixindən Alanyaya uçuşlar həyata keçirəcəyi haqqında məlumat yayıldı. Amma bu istiqamətdə uçuşlar əvvəlcədən planlaşdırılmadığı üçün heç bir reys də ləğv olunmayıb. Antalyaya reyslər “Azerbaijan Airlines” (hər gün) və “Turkish Airlines” (həftədə iki dəfə) tərəfindən həyata keçiriləcək. Yüksək tələbi nəzərə alaraq Antalyaya həmçin gündəlik çarter reyslər təşkil olunacaq. Antalya və Alanyadan başqa birbaşa uçuşlar həmçinin Bodrum, İzmir, Dalaman kimi kurort şəhərlərinə də təşkil olunacaq. Beləliklə, azərbaycanlı turistlər üçün ənənəvi olan kurortlardan başqa yeni istiqamətə - Alanyaya da uçuşlar həyata keçiriləcək.  

OXŞAR XƏBƏRLƏR