İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları"nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.
Biletlərin qiymətinə gəlincə, iyun ayının 8-ü üçün Lənkərandan Vnukovo aeroportuna uçan təyyarəyə bilet 291 AZN, geri dönüş bileti isə 353 AZN-ə təklif edilir.
Qeyd edək ki, yay cədvəli çərçivəsində Moskvaya Azərbaycanın digər bölgələrindən də - Gəncə (aprelin 13-dən) və Qəbələ (iyunun 4-dən) AZAL-ın reysləri yerinə yetiriləcək.