«Şahdağ»da ilk dəfə ekstremal yarış keçiriləcək

Xəbərlər 23 Yanvar 2015 00:00 969
«Şahdağ»da ilk dəfə ekstremal yarış keçiriləcək

Yanvar 24-də «Şahdağ» dağ-xizək turizm kompleksində ilin ən ekstremal layihəsi olan «Snow Bowling» tədbiri keçiriləcək. "Seyyah.az"-ın məlumatına görə, yarışmada iştirakçılar nəhəng iki kameralı kürənin içinə girdikdən sonra yüksək sürətlə dağdan aşağı yuvarlanaraq 3 metrlik keqliləri vuracaqlar. Əsas priz uğrunda 20 kreativ komanda mübarizə aparacaq. Yarışı «PAŞA Sığorta» şirkəti  sığortalayıb. Şirkətdən verilən məlumata görə, «PAŞA Sığorta» «Snow Bowling» yarışının rəsmi sığorta partnyorudur.

OXŞAR XƏBƏRLƏR