Gürcüstan turizmində Azərbaycanın çəkisi - STATİSTİKA

Gürcüstan turizmində Azərbaycanın çəkisi - STATİSTİKA
Xəbərlər 17 May 2018 14:39 227
Gürcüstan turizmində Azərbaycanın çəkisi - STATİSTİKA

Gürcüstanın Milli Statistika İdarəsi 2017-ci ildə ölkəyə səfər etmiş əcnəbi ziyarətçilərin sayı ilə bağlı araşdırmanın nəticələrini təqdim edib.

Ötən il Azərbaycandan qonşu ölkəyə 967,6 min nəfər səfər edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkəyə ötən il səfər edənlər arasında birinci yeri tutub. 2016-cı ilin eyni göstəricisi ilə müqayisədə Gürcüstana səfər etmiş Azərbaycan vətəndaşlarının sayında 22,5% artım qeydə alınıb.

Azərbaycan vətəndaşları Gürcüstana səfər etmiş ümumi əcnəbi ziyarətçilərin 18,9%-ni təşkil edib.

Ötən il Gürcüstana 7,9 mln. rezident olmayan beynəlxalq səyahətçi səfər edib. Onların 6,5 mln. nəfərini (+20,2%) beynəlxalq ziyarətçi təşkil edib.

2017-ci ildə qonşu ölkəyə səfər edənlərin 37,7%-i istirahət, 22,2%-i dost və ya qohumlara baş çəkmək, 18,1%-i digər ölkəyə tranzit, 9,5%-i alış-veriş, 8,2% biznes, 2,7%-i müalicə və 1,4%-i isə digər məqsədlərlə Gürcüstana gedib.

 

OXŞAR XƏBƏRLƏR