Bəhreyinin “Gulf Air” şirkəti 2018-ci il, iyunun 12-dən etibarən Bəhreyndən Bakıya birbaşa reyslər həyata keçirəcək.
Uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olacaq.
Təyyarə Bəhreyn hava limanından yerli vaxtla saat 01.20-də qalxacaq, Bakıda isə yerli vaxtla 05.00-da eniş edəcək.
Bakıdan qalxan təyyarə 05.45-də havalanacaq, Bəhreynə isə yerli vaxtla 07.25-də enəcək.