Bakıda ikinci “Mövsüm Səyahət Yarmarkası” təşkil olunacaq

Xəbərlər 23 Yanvar 2015 00:00 1485
Bakıda ikinci “Mövsüm Səyahət Yarmarkası” təşkil olunacaq

Fevralın 21-də Bakıda ikinci "Mövsüm Səyahət Yarmarkası" keçiriləcək. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq yarmarkada 20-dək turizm şirkətinin və mehmanxananın nümayəndələri iştirak edəcək.

Seyyah.az-ın məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyi regionlarda turizmin inkişafı sektorunun böyük məsləhətçisi Cəfər Qarayev məlumat verib. Onun sözlərinə görə, ikinci "Mövsüm Səyahət Yarmarkası" bu dəfə "28 Mall" ticarət mərkəzində keçiriləcək. Daxili turizmin dəstəklənməsi və təbliğ etdirilməsi məqsədilə baş tutacaq bu növbəti yarmarka Novruz bayramı münasibətilə təşkil olunacaq.

Yarmarkada Azərbaycan daxilində reallaşdırılacaq Novruz turları, Bakıda və regionlarda fəaliyyət göstərən hotellərdə, istirahət mərkəzlərində təşkil ediləcək bayram proqramları və bu münasibətlə hazırlanmış turpaketlər barədə vətəndaşlarımıza, eləcə də şəhərimizin qonaqlarına məlumatlar veriləcək.

 

OXŞAR XƏBƏRLƏR