Bu gün muzeylərə giriş pulsuzdur

Bu gün muzeylərə giriş pulsuzdur
Xəbərlər 18 May 2018 11:28 690
Bu gün muzeylərə giriş pulsuzdur

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərə “açıq qapı” günü elan edib.

 Qoruq İdarəsindən bildiriblər ki, bu gün ərzində Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini Memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun evmuzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, Qala Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksinə ödənişsiz daxil olmaq mümkün olacaq. Qeyd edək ki, muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR