Uşaqlarınız üçün maraqlı həftə sonu - ƏTRAFLI

Uşaqlarınız üçün maraqlı həftə sonu - ƏTRAFLI
Xəbərlər 18 May 2018 16:33 622
Uşaqlarınız üçün maraqlı həftə sonu - ƏTRAFLI

Uşaqlarınızın həftə sonunu maraqlı keçirtmək istəyirsinizsə Turizm.fins.az sizlərə həftə sonu proqramı təqdim edir. İlk dəfə Bakıda uşaqlar üçün Mayın 19-u Azərbaycan Dövlət Dramatik teatrın səhnəsində "Üç pişik" tamaşası keçiriləcək. Tamaşaya giriş vaxtı 12:00, 15:00, 18:00 –dəkdir. Biletlərin qiyməti isə 5-50 manat arası dəyişir.  

19 may uşaqlar üçün "Çar Saltan, knyaz Qvidon və şahzadə Qu quşu haqqında nağıl" tamaşasının premyerası Rus Dram Teatrının səhnəsində baş tutacaq. Tamaşa 12:00-da başlayır. Biletin qiyməti 5 manatdır. Etika Akademiyası məmnuniyyətlə 4-8 yaşlı uşaqları Etika dərsinə dəvət edir. Dərs müasir uşaqlar üçün maraqlı bir formatda keçiriləcək və 2 saat davam edəcək. Tənəffüs zamanı uşaqlara çay şiriniyyatlarla və meyvə assorti veriləcək. Kurs 19 may, saat 12:00-da başlayacaq. Biletin qiyməti isə 35 manatdır.

OXŞAR XƏBƏRLƏR