Sosial şəbəkə üzvlərindən birinin “İstanbulda sərfəli qiymətə alış-veriş etmək üçün hara getmək lazımdır? İstanbul AVM-ləri (alış-veriş mərkəzi) Bakının Moll- larından nə ilə fərqlənir?” kimi suallarına səyahətçilərin maraqlı cavabları vardı. Səyyah.az oxucuları üçün o cavablardan ibarət yazı hazırladıq. Beləcə, İstanbulda olarkən ən az pul ilə ən yaxşı alış-veriş etməyin yolları bu yazımızda...
Günel Bəhramzadə - Endirim vaxtları qiymət fərqi çox hiss olunur. Üstəlik seçim də boldur.
Kamilə Mehdi – Bakıda 100 AZN-ə ala biləcəyiniz bir geyimi İstanbulda 60-70 AZN-ə ala bilərsiniz.
Aliyə Tağıbəyli – AVM-lərlə Moll fərqi həm qiymət, həm də keyfiyyət baxımından böyükdür. Həm də seçim imkanı çoxdur. İstinye, Forum (Avropa yaxası), Capitol sərfəlidir.
Gülşən Nəsibova Gözəloğulları – Brend məhsullarda qiymət fərqi çox deyil, amma seçim çoxdur, endirim vaxtını gözləsən daha sərfəli qiymət olur. Sırf türk istehsalı olan markalarda fərq çoxdur, türk malları da çox keyfiyyətlidir.
Aytac İsayeva – Türkiyə AVM-ləri ilə Bakı Moll-ları arasında ev tekstil məhsullarında 2 dəfəyə yaxın qiymət fərqi var.
Cavid İsgəndərli - Keyfiyyetli mal İstanbulda da bahadır. Amma Bakıdan fərqli olaraq dədələrinin qiymetini qoymurlar qoymurlar malın üstünə.
Çinarə Ağarzayeva – Form İstanbul, Cəvahir, Vialand sərfəlidir, ordan alış-veriş etmişəm.
Alidə Qasımova - Brendlər orda da bahadır, məsələn Guess , Mavi , Colins , HM və ya lüks markalar . Bakı ilə müqayisədə 30-60 AZN fərq olur. İstanbuldakı AVM-lərdə yeni kolleksiya və daha yaxşı modellər olur. Məsələn mən çox sayda cins almışam ordan. Orda çox ucuz olan Coton və Waikiki-dir. Bizdə o markalar şişirdilmiş qiymətə satılır, orda su qiymətinə. Stradiviarus, Pull Bear , Mango , Zara – bunlarda da fərq var, amma ordakılar yeni kolleksiya olur. Bütün markaların kosletik-parfümeriya guşəsi də olur, sərfəli qiymətə. Tekstil malları da çox sərfəlidir, Madam Coco , English Home çox ucuzluqdur, amma gətirmək adamı narahat edir. Gratis Rossman kosmetika şəbəkəsidir, ağlınız burdakı İdeala getməsin, orda çox ucuzdur, hələ endirimə düşsəniz lap əladır. Burda 30 manat olan Zara ətiri orda 15 manata alıram məsələn.
Ayşə Abbasova – Paltar Türkiyədə çox ucuzdur. Ayaqqabılar da. Mən Bakıda 50-ə gördüyüm idman ayaqqabısını orda 25 AZN-ə aldım.
Həbibə Hacıyeva - Qiymətdə fərq hiss etməsəniz də əmin olun ki, həm model, həm keyfiyyət fərqini hiss edəcəksiniz.
Elnarə İbrahimova – Məsələn eyni don orda 70 lirədir, bizim pulla 35-40 manat edir, amma bizdə həmin don 70 manatdır.
Kəmalə Ələkbərova – Bəli, fərq var. Məsələn mən burda Zarada 70 manata gördüyüm köynəyi orada maksimum 55 lirəyə (25-25 manat) satırlar. Xüsusilə də çox şey alanda sərf edir.
Səidə Abbaszadə - Zeytunburnunda Oliviuma gedin mütləq. Taksimde Levis mağazalarında cinslər 320 tl olduğu halda orada 220 tl idi. Outletdi, amma yeni kolleksiyaya endirim edirlər.
Baxış Bahadurov - Normal markalar orda burdan bahadır, ancaq öz markaları ucuz olur – LC Waikiki, Cotton kimi markalar ucuzdur.
Leyla Yolçuyeva – Oliviumda 1-ci günlər endirim olur və çox sərfəli qiymətlər qoyulur. Getməyə dəyər.
Afaq Bayramova - İstanbulda gördüyünüz etiketin eynisini Bakıda görəcəksiniz. Məsələn, etiketdə 20 tl yazılıbsa, Bakıda da hemin malın etiketində 20 Azn-dir.
Təhminə Mirzəzadə - mən heç bir fərq görə bilmədim, bəyəndiyim Zara gödəkcə vardl, 199 lirə idi. AZN-ə çevirdim və Bakıya gələndə gördüm ki, bizdə də eyni qiymətdir. Mango mallarında da eynilə. Çox adam deyir fərq var, amma mən fərq görə bilmirəm.
İsmayıl Kamallı - FLO-da kampaniya vardı. 1 ayaqqabı alana digəri hədiyyə. 2 qış ayaqqabısı aldıq 120 tl, bizim pulla 50-55 manat civarında. Bakıda FLO-da o ayaqqabının 1 dənəsi 90 manat idi.
Neman Fətəliyev – 99 dollara (təxminən 148-150 AZN) aldığım U.S.Polo gödəkçəsi Bakıda 265 manat idi. Bəzi brendlərdə fərq çox olur, bəzilərində çox az. Cəvahir, İstinya sərfəlidir.
Ülkər M-va – Mən də böyük fərq hiss etmədik. Hətta maraq üçün Bakıdan alıb orda eynisini gördüklərimin qiymətini yazmışdım, fərq 5-10 manat arasında idi.
Xəyalə Sadıqova – Modellər fərqlənir, amma qiymətlər çox da fərqlənmir. Çünki orda dollar bahadır və bizim pulun dəyəri düşüb. Fərq var, amma fantastik deyil. Son 4 ildir alış-verişi Türkiədən edən biri kimi deyirəm, daha əvvəlki kimi sərfəi deyil. Məslən bizdə 79 manata olan şey orda 69 manata olur. Sadəcə endirim zamanlarını tuta biləsniz udarsınız. Çünki orda endirimlər bizdən fərqli olaraq realdır.
Gülnar Qurbanlı – Keçən il İstanbulda olanda Venesiyaya getmişdim, bir jaket aldım 50 lirəyə. Gəldim burda eynisini 50 manata gördüm.
Gülşən Rafiq Hüseyn - Olivium, İstanbul Forum və Optimum ( Asiya teref) alış-veriş üçün yaxşdır. Türk mallarında qiymətlər ucuzdur, amma xarici brendlərdə bizimlə eynidir demək olar ki.
Veqa Heydər - Ən ucuz yerlər - Olivium Outlet Center, Aksaraydakı Yeraltı Çarşısı və bir çox yerdə şöbəsi olan Ender mağazaları, Osmanbeydəki bəzi mağazalarda uyğun qiymətə şeylər olur.
Emin Sh - Yaxşı keyfiyyətli mallar olur. Qiymət yaxşıdı, münasibdir. Capitol, Metroqarden böyük ticarət mərkəzləridir.
Günay Mustafazadə- Zara 9-12 AZN, Bershka, Stradivarius 3-4 AZN daha ucuz olur orda, yəni çox da böyük fərq olmur. Amma öz brendlərində 2dəfəyə qədər fərq olur.
Səidə Abbaszadə - Mən ordan Zaradan pencək aldim 350 tl , Bakıda 180 manat idi. Hesabladım, arada 40 manat fərq vardı.
Ekrem Kaan Küçükali - İstanbulda Merterə gedin, orada Zara, Mango, Bersha - bütün markaların fabrikası var, fabrikanın yanında öz mağazaları var, fabrika satış mağazası AVM- lərdən aldığınız qiymətdən dəfələrlə aşağı olur.
Rəşidə Əlizadə - Gedin Kadıköyə, çox əla qiymətə çox keyfiyyətli geyimlər tapa biləcəksiniz. Mən qiymətləri görüb şoka düşmüşdüm hətta.