Şengen vizasını ən çox verən ölkələr – SİYAHI

Şengen vizasını ən çox verən ölkələr – SİYAHI
Xəbərlər 22 May 2018 03:46 635
Şengen vizasını ən çox verən ölkələr – SİYAHI

Avropa Komissiyası Şengen zonasında ən çox viza verən ölkələri müəyyən edib. Seyyah.az turizm və səyahət portalı xəbər verir ki, 2017-ci ildə Avropaya viza almaq üçün 16,1 milyon nəfər müraciət edib. Bu, 2016-cı illə müqayisədə 6,3% artıqdır. Amma Şengen ölkələrinin hamısına maraq eyni dərəcədə deyil. Seyyah.az ən çox viza verən Şengen ölkələrinin siyahısını təqdim edir.

 

Yunanıstan – 980 min viza

Yunanıstan unikal sahil xəttinə, çoxsaylı çimərlik və adalara malikdir. Dənizdə istirahətin üzərinə zəngin tarix və mədəni istirahət, eləcə də, dadlı mətbəx və o qədər də yüksək olmayan qiymətləri əlavə edin. Nəticədə bu ölkəyə gəlmək istəyənlərin sayı böyükdür. Hökumət isə onları geri qaytarmır – 2017-ci ildə Yunanıstan xarici turistlərə 980 min viza verib. Viza üçün müraciət edənlərə imtina isə aşağı səviyyədədir – cəmi 3,88%.

 

İspaniya – 1,45 milyon viza

Yayda turistləri məşhur Kosta-Blanka, Kosta-Brava, Kosta-del-Sol kurortları cəlb edir. Payız və yazda İspaniyanın mədəni mərkəzləri Barselona, Madrid və Velensiya dəbdə olur. Qışda isə xaricilər Astun, Valdeskaray və La-Molin qış kurortlarına axışırlar. Nəticədə 2017-ci ildə İspaniya təqribən milyon yarım viza verib. Amma istina alanlar da az deyil – Şengen vizası üçün İspaniya səfirliyinə müraciət edənlərin 8,27%-i əliboş geri dönüblər.

 

İtaliya – 1,7 milyon viza

İtaliyanın öz trendləri var – bura tarixi abidələri, görməli yerləri və şopinq turları ilə məşhurdur.  Kolizey, Vatikan, Roma Papasının iqamətgahı və sairə, Romanı hamı görmək istəyir. Venetsiyaya qayıqlarda gəzmək və festivalda iştirak etmək üçün gedirdər. Milan isə qadınların arzusudur – burada saysız hesabsız mağazalardan inanılmaz şopinq etmək olar. İtaliyaya getmək istəyənlərin sayı böyükdür. Təkcə 2017-ci ildə Şengen vizası üçün bu ölkənin səfirliklərinə 1,85 milyon nəfər müraciət edib. Amma 7,7%-in bəxti gətirməyib, onlara viza verilməyib.

 

Almaniya – 1,85 milyon viza

Kruiz istirahəti, sağlamlıq kurortları, idman və yemək turizmi…Almaniyada nələr yoxdur. Və əlbəttə ki, dünyanın hər yerindən insanların axışdığı məşhur festivallar. Oktoberfest – dünyanın əsas pivə bayramıdır. Hannoverdəki atəşfəşanlıq festivalı və başqaları da təkrarolunmazdır. Azərbaycanda isə Almaniyaya getməyin öz səbəbləri var – maşın gətirmək, müalicə, təhsil və başqaları. Nəticədə 2017-də Almaniya səfirlikləri xaricilərə ümumilikdə 1,85 milyon viza veriblər, imtinalar da az deyil - 7,63%.

 

Fransa – 3,16 milyon viza

Avropada xaricilərin ən çox üz tutduğu ölkə Fransadır. Buraya insanlar təkcə Eyfel qülləsini görməyə getmirlər. Hər il Disneylendi, Luvr və Pikasso muzeylərini və müasir incəsənət muzeyini milyonlar ziyarət edir. Bundan başqa, Fransa qış xizək kurortları - Şamoni, Kurşavel, Mirabel, tarixi yerləri - Paris, Versal, Rambuye və əlbəttə ki, Mavi sahil və Kann festivalı. Nəticədə Şengen vizası almaq üçün Fransa səfirliklərinə 3,1 milyon nəfər müraciət edib. Amma onların hamısı viza ala bilməyib. Fransa, ən çox viza verən 5 ölkə arasında ən çox imtina verən ölkədir. Səfirliklərə müraciət edənlərin 13,6%-i əliboş geri dönür.

OXŞAR XƏBƏRLƏR