Sərnişin təyyarəsi şassisiz eniş etdi

Sərnişin təyyarəsi şassisiz eniş etdi
Xəbərlər 22 May 2018 09:40 248
Sərnişin təyyarəsi şassisiz eniş etdi

 

Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkətinə məxsus təyyarə Ciddə şəhərinin hava limanında qəza enişi edib.

Uçuş zamanı Mədinədən Banqladeşin paytaxtı Dəkkəyə uçan təyyarənin qabaq şassisində nasazlıq yaranıb.

Pilotların cəhdinə baxmayaraq şassinin buraxılması mexanizmi işə düşməyib. İnsident nəticəsində göyərtəsində 141 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarədə xəsarət alan olmayıb.

Hadisənin səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR