Dünyanın ən qədim hotelləri -FOTOLAR

Erkən orta əsrlərdə mehmanxana rolunu monastırlar yerinə yetirirdi.
Xəbərlər 26 Yanvar 2015 00:00 1207
Dünyanın ən qədim hotelləri -FOTOLAR

Bu gün dünyanın ən qədim hotellərinin çoxu ya muzey kimi fəaliyyət göstərir, ya da xarabalıqlara çevriliblər. Amma hotellərin tarixi onun adından əvvəl yaranıb. Afina və Neapol ətrafında romalıların və yunanların istifadə etdiyi müalicəvi əhəmiyyətli termal hamamlar, Böyük İpək Yolu boyu boyunca yerləşən və indiki motelləri xatırladan karvan-sarayları ən qədim mehmanxanalara misal göstərilə bilər. Erkən orta əsrlərdə mehmanxana rolunu monastırlar yerinə yetirirdi.

Ən qədim hotel 1300 il əvvəl işə düşüb

Dünyanın ən qədim hoteli Yaponiyada yerləşir. Komatsu şəhərinin yaxınlığında yerləşən “Xyoşi” hoteli ilk dəfə qapılarını bizim eranın 717–ci ilində qonaqların üzünə açıb. Hotel gecələmədən əlavə, özündə müalicəvi bulaqlardan istifadəni nəzərdə tutan və tipik yapon ənənələrini özündə əks etdirən riokan stilində inşa edilib. “Xyoşi” riokanı bugünkü gündə də qonaq qəbul edir. 1300 ildən artıqdır ki fəaliyyət göstərən hotelə indiyədək yalnız 1 sülalə rəhbərlik edib. Bu hoteldə 1 gün gecələmə təqribən 300 avrodur.

Yaponiya ümumilikdə qədim hotellərin sayına görə dünyada liderdir. Yaxın zamanlaradək burada dünyanın ən qədim hotel şirkəti – “Konqo Qumi” yerləşirdi. Əsasən rahiblərin məskunlaşdığı və 1400 il ərzində xidmət göstərən “Konqo Qumi” şirkəti buddist məbədlərinin yaradılması üzrə ixtisaslaşmışdı. Lakin 2006-cı ildə maliyyə çətinlikləri ilə əlaqədar bağlanmışdı.

Avropada ilk hotel Venetsiyada tikilib

Yaponiya ilə müqayisədə Avropanın ən qədim hotellərinin yaşı çox az görünür. Misal üçün, Venesiyada yerləşən 4 ulduzlu “Luna Balyoni” hoteli 12-ci əsrdə inşa edilib. Bu gün həmin hoteldə 1 günlük gecələmə təqribən 180 dollar təşkil edir. “Luna Balyoni” hoteli Venesiyanın mərkəzində yerləşir və San-Marko meydanına 5 dəqiqəlik su yoludur.

Romanın ən qədim hoteli olan 4 ulduzlu “Sole Al Pantheon” 15-ci əsrdə tikilib.

Böyük Britaniyanın ən qədim hoteli İngiltərənin ilk paytaxtı olan Malsberri şəhərciyində yerləşən “Old Bell” hoteli sayılır.

“Old Bell” ilk qonaqlarını 1220-ci ildə qəbul edib. Bu gün hotel qonaqlara 31 nömrə və 2 restoran ilə xidmət göstərir.

 

OXŞAR XƏBƏRLƏR