Digər ölkələrin sürücülük vəsiqəsi ilə Amerikada avtomobil idarə etmək olarmı? Bu sual çoxlarını düşündürür. Cavabı Amerikaya köçmüş jurnalist Aynur Talıbova öz səhifəsində yazıb.
“Sürücülük vəsiqənizi Amerikaya daxil olduğunuz andan etibarən ilk 6 ayda istifadə etmək olur, sonra artıq yox. Bununla belə ştatlara görə qaydalar dəyişir.
Hər zaman üzərimdə daşıdığım vəsiqələr də keçərli olmayanlar siyahısındadır.
Məlumat üçün : KANADA, ALMANİYA, BRİTANİYA, FRANSA, CƏNUBİ KOREYA - sadəcə bu ölkələrin sürücülük vəsiqəsini daşıyanlar amerikanski versiyasını almaq məcburiyyəti daşımırlar. Yerdə qalanlar isə - leqal olaraq Birləşmiş Ştatlarda yaşayanlar 2 mərhələli imtahanla buna sahib ola bilər.
Virginiada hər 2 mərhələdən keçmək üçün 3 pulsuz şansı var. Sadəcə 3-cü sınamada 2 dollar imtahan pulu ödəmək gərəkir. 3 şansın hamısın yandıranlar 300 dollar civarında pul ödəməklə online və sürücülük kurslarına qatılaraq keçə bilirlər.
Əslində çox asan, qaydalar isə ciddi-sərtdir. Yani azərbaycansayağı fırıldaqlar işlətməyə cəhd etsən - ümumiyyətlə vəsiqə almaq şansı əldən gedə bilər. İmtahanları versən, sənədləri də təqdim etsən belə, Miqrasiya ofisindən şəxsinizə yaşıl işıq yandırmasalar - çətin vəsiqə alasan..
Qısacası, sürücülük vəsiqəsi üçün ödəyəcəyiniz məbləğ 20 dollardır”...