Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

Bakıdan Buxarestə birbaşa aviareys açılacaq
Xəbərlər 24 May 2018 14:26 635
Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

Rumıniyanın milli aviadaşıyıcısı - TAROM Buxarest-Bakı-Buxarest marşrutu üzrə uçuşlara başlamaq niyyətindədir.

 

Bu barədə Rumıniya mətbuatı yazıb.  Məlumatda deyilir ki, aviaşirkət Bakı ilə yanaşı Odessa (Ukrayna), Tbilisi (Gürcüstan) və Yerevana (Ermənistan) reyslər yerinə yetirməyi planlaşdırır. Bunun üçün TAROM "Airbus 318" markalı 2 yeni sərnişin təyyarəsi almaq istəyir.  Uçuşlara bu ilin sonuna qədər başlanılması nəzərdə tutulur. Hazırda bununla bağlı danışıqlar gedir.

OXŞAR XƏBƏRLƏR