Çində ayaqyolu inqilabı başladı

Çinə gələn turistlər artıq ayaqyollarına gedəndə nəfəslərini tutmaq məcburiyyətində qalmayacaqlar.
Xəbərlər 27 Yanvar 2015 00:00 891
Çində ayaqyolu inqilabı başladı

Seyyah.az-ın xarici mətbuata istinadən məlumatına görə, Çin höküməti qeyd olunan sahədə xidmət standartlarını yaxşılaşdıraraq, ölkədə, belə deyək, “tualet inqilabı” keçirəcəyinə söz verib.

Ölkənin Turizm nazirliyinin planlarına əsasən, yaxın 3 ildə 33 min yeni ictimai tualet tikiləcək, daha 25 mini isə təmir ediləcək.
Çinin milli turizm administrasiyasının sədri Li Sinszaonun sözlərinə görə, şəhərin əsas görməli yerlərinin, həmçinin  turistlərin tez-tez gəldiyi restoranların tualetləri 3 ulduz səviyyəsinə çatdırılacaq. 13 min tualet artıq bu il ərzində tikilib istifadəyə veriləcək.

Hal-hazırda Çində mövcud ayaqyolları olduqca şəraitsizdir.
Xatırladaq ki, bu gün Hindistan höküməti də tualet çatışmazlığı ilə fəal mübarizə aparır. Lakin orada hökümət turistlər üçün yox, daha çox öz vətəndaşları üçün çalışır. Çünki ölkədə antisanitariya ilə əlaqədar diareya epidemiyası baş alıb gedir.

OXŞAR XƏBƏRLƏR