Bakıda harada iftar etmək olar?

Bakıda harada iftar etmək olar?
Xəbərlər 25 May 2018 15:43 3109
Bakıda harada iftar etmək olar?


Ramazan ayı birlik və bərabərlik ayı olaraq tanınır. Haylı-küylü süfrələr, ləzzətli yeməklər və maraqlı söhbətlər Ramazan ayının gözəl adətlərindən biridir.

Bərəkətli Ramazan süfrələrində ailəniz və yaxınlarınızla yığışıb oruc açmanız üçün paytaxtın imsak və iftar süfrələrini təklif edən məkanları bir araya topladıq.

Allah oruclarınızı qəbul eləsin!

Vapiano-dan iftar menyu

Name

Ramazan ayında Vapiano sizə xüsusi İftar menyusunu təqdim edir. 20:00-dan 22:30-a qədər 11.90 AZN hər iki restoranda.

Menyuda:
Şorba və ya kiçik salat;
Əsas yemək:
Pizza: Margarita/Saləmi/Göbələkli/Tonno/BBQ chicken/Pesto con Spinaci
və ya
Pasta: Arabiatta/Rosso/Aglia e olio/Polo Picante/Bolonegnese/Ratatouile/Crema di Fungi
və ya
Salat: Mista toyuq ilə/Sezar toyuq ilə;
Su və xurma daxildir.

 

Name

İftar üçün yenilənən menyu

Kitchenette Baku sizə hər gün fərqli İftar menyusunu təqdim edir.
Əsas menyudan olan bu təamları siz 20% endirimlə sifariş edə bilərsiniz.

 

İftarı Özgür Şef Bakı-da açın

Name

Özgür Şef Bakı Müqəddəs Ramazan ayında sizə özəl İftar menyusunu təqdim edir.

Menyuda:
Çoban salatı;
Şorba;
Xurma;
Haydari;
Toyuq salatı;
Mantar salatı;
Lokum;
Kabak tatlısı;
Su, çay, qəhvə.

Bir nəfər üçün qiymət: 20 AZN.

 

Mado-da Ramazan süfrələri

Name

Mado restoranlar şəbəkəsi hər il olduğu kimi, bu il də Ramazan ayı münasibətilə Sizin üçün iftar və sahur menyuları hazırlayıb.
Beləliklə, açıq bufeti ilə Nərimanov şöbəsi sizi sahur və iftarda, Mado Fəvvarələr şöbəsi isə sahurda qarşılayacaq.

 

Bella Pizza-da sərfəli iftar

Name

Bella Pizza sizi qiyməti 6,5 AZN olan iftar süfrəsinə dəvət edir! Menyuya daxildir: şorba, pizza (23 sm), xurma, pendir və su.

 

Özsüt-də Sahur və İftar menyuları

Name

Özsüt hər il olduğu kimi bu il də Ramazan ayında, Sahur və İftar süfrələrinə sizi dəvət edir. Bu il sizə daha fərqli ləzzətlərlə dolu İftar menyusu təqdim olunur.

Qeyd edək ki, bu menyular yalnız Atatürk parkı şöbəsinə məxsusdur. Qabaqcadan zəng edib rezerv etməyiniz arzuolunandır.
Həmçinin onu da qeyd edək ki, iftar saatından yarım saat əvvəldən başlayaraq 2 saat ərzində menyudan sifariş Atatürk parkı şöbəsizdə qəbul olunmayacaq.

İftar menyusu (22 - 30 AZN)

Arabesque İftara dəvət edir

Name

Arabesque İftarı onlarla açmağa sizi dəvət edir.
Menyuda:
Şorba: Mərci, Toyuq, Düşbərə və ya Doğramac;
Salat: Çoban, Sezar (toyuq ilə), Qarışıq turşu və ya Toyuq salatı;
İsti yeməklər: Toyuq qovurma (file), Ət gulyaj və ya Monastr sayağı toyuq;
Şirniyyat: Paxlava (milli və ya türk), Şəkərparə və ya mürəbbə (seçimlə), çay (qara, yaşıl);
İçkilər: Coca-Cola, Fanta, Sprite, su və ya ayran.

13.90 AZN

İftar üçün Cafe Vienna-nı seçin

Name

Cafe Vienna Baku Mübarək Ramazan ayı üçün xüsusi iftar menyusu hazırlayıb.

Menyuya daxildir:
- Günün şorbası;
- Gündəlik standart servis;
- Humus;
- Mal əti paşteti;
- Zeytun;
- Xurma;
- Təzə pomidor;
- Təzə xiyar;
- Babaganuş;
- Ağ pendir;
- Salat (seçim əsasında):
Çuğundur salatı və ya Mal dili salatı;
- Əsas yemək (seçim əsasında):
Qızardılmış kartof ilə toyuq göbələyi və ya spagetti ilə ət topları;
- Meyvə salatı.

 

Shah restoranında İftar süfrəsi

Name

Shah restoranı sizi İftar süfrəsinə dəvət edir. Menyuda:
Şorbalar: Düşbərə, Əriştə, Mərci, Dovğa;
Salatlar: Çoban salatı, Manqal salatı;
İsti qəlyanaltılar: Ət qutabı, Göyərti qutabı, Pendir qutabı, Balqabaq qutabı;
Əsas yeməklər: Şah dolması, Pip dolması, Çoban qovurması, Lülə kababı düyü ilə, Quzu kababı düyü ilə, Toyuq kababı düyü ilə, Turşu qovurma plov, Səbzi plov, Şüyüdlü plov;
İçkilər: Tərxunlu, Reyhanlı, Ərikli, Şərbət, Ayran, su, çay.

5 nəfərdən çox olan müştəriləri 10% endirim gözləyəcək.

 

İftarı Cafe Mozart-da açın

Name

Cafe Mozart İftarı onlarla açmağa sizi dəvət edir.
Menyuda:
Şorba: Toyuq, Dovğa və ya Düşbərə;
Salat: Çoban, Sezar (toyuq ilə), Qarışıq və ya Toyuq salatı;
İsti yeməklər: Tabaka, Ət sote və ya Toyuq şnitsel;
Şirniyyat: Paxlava (milli və ya türk), Şəkərparə və ya mürəbbə (seçimlə), çay (qara, yaşıl);
İçkilər: Coca-Cola, Fanta, Sprite, su və ya ayran.

 

Toro Steakhouse & Grill-də iftar

Name

Toro Steakhouse & Grill hər kəsi Ramazan ayı münasibətilə iftar süfrələrinə dəvət edir.
İftar menyusu 28 AZN təşkil edir. Menyu hər gün dəyişir.

 

İftara Circle-a gəlin

Name

Ramazan ayı ərzində "Circle" restoranında sizi xüsusi iftar süfrəsi gözləyir. Bir nəfərlik iftar süfrəsi - 20 AZN təşkil edir.

People Livebar-da sərfəli qiymətlə İftar süfrəsi

Name

People Livebar sizi cəmi 7 AZN-ə olan İftar süfrəsinə dəvət edir. Bu həftə menyuda:
Doğramac;
Toyuqlu şorba;
Ağ pendir;
Çoban salatı;
Səbzi plov.

 

Limitsiz İftar süfrəsi

Name

Rodizio sizə müqəddəs Ramazan ayında sülh ve xeyir arzulayır! Oruc saxlayanları isə hər axşam İftara dəvət edir. Allah Oruc və Dualarınızı gəbul eləsin.
Bir nəfər üçün qiymət: 39 AZN.
Hər gün canlı musiqi.

Шоколадница-da 3 fərqli iftar menyu

Name

Шоколадница - Sizi hər 3 filialda fərqli iftar menyularına dəvət edir.

Azure Megafun filialının iftar menyusu:
Şorba + Salat + Əsas yemək + Qarnir + İçki. Cəmi 6 AZN.
Qiymət: 10 AZN.

Park Bulvar filialının iftar menyusu:
- Şorbalar: 2-2,50 AZN;
- Salatlar: 2 AZN;
- Əsas yeməklər qarnirlə: 4,50-5,50 AZN;
- İçkilər: 1,50-2,50 AZN;
- Şirniyyat: 1,50 AZN.

 

Köşem-də İftar menyusu

Name

Köşem restoranı bu müqəddəs Ramazan ayında Sizi 29 AZN (1 nəfərlik) dəyərində olan iftar süfrəsinə dəvət edir. Tam menyu aşağıda göstərilib.

 

Galiano Lounge-dan İftar menyusu

Name

Galiano Lounge Müqəddəs Ramazan ayında sizə xüsusi İftar menyusunu təqdim edir:
Şorba: Toyuq, Düşbərə, Doğramac, Dovğa, Mərci;
Salat: Paytaxt, Sezar (toyuq ilə), Toyuq salatı tərəvəz ilə (zeytun yağında), Yunan, Çoban, qarışıq turşu;
İsti yeməklər: Səbzi plov, Dolma (pomidor, badımcan, bibər), Toyuq kababı, Çoban qovurma, Toyuq langeti, Beef Stroqanov;
Şirniyyat: Paxlava (milli, türk), Şəkərparə, mürəbbə, çay.

14.90 AZN

Kolorit-də imsak və iftara açıq bufet

Name

Mübarək Ramazan ayında Kolorit Kafe Nizami Küçəsi 83 ünvanında (Torqoviy) yerləşən filialında hər gün sizi açıq bufet imsak və iftar menyularına dəvət edir. Ramazan menyuları ilə aşağıda tanış ola bilərsiniz.Allah orucunuzu qəbul etsin!

14 AZN

Zakura-da Ramazana özəl endirim

Name

Yalnız Ramazan ayı boyunca Zakura-da saat 20:00-dan 22:00-dək olan bütün sifarişlərə 10%endirim olacaq. Fürsətdən yararlanmağa çalışın.

 

Baku Café İftara dəvət edir

Name

Baku Café sizi İftar və İmsaka dəvət edir.
İftar menyusu:
Şorbalar: Dovğa, Düşbərə, Əriştə;
Salatlar: Pomidor və qırmızı soğan salatı, Çoban salatı, Manqal salatı, Yerli pendir assorti;
İsti yeməklər: Turşu qovurma, Yarpaq dolması, Mal əti qovurması tərəvəzlərlə, Fisincan plov;
Əlavə: Xurma, su.

25 AZN

İftarı Excelsior-da aça bilərsiniz

Name

Hər gün Excelsior Hotel & Spa Baku-da sizi iftar bufeti gözləyir.
Menyuda:
6 çeşid isti yemək və qarnir;
Şorba;
24 çeşid salat və məzə;
14 çeşid desert və meyvə;
Çay, qəhvə, içkilər (qazlı və təbii şirələr).

19 AZN

 

Villa Pizza-da sərfəli iftar menyusu

Villa Pizza hər kəsi sərfəli iftar menyusuna dəvət edir.

Menyuya daxildir:
- Su;
- Xurma;
- Salat;
- Şorba;
- Əsas yemək (seçim əsasında):
Pizza (23 sm) və ya isti yemək qarnirlə.

Bir nəfər üçn iftar menyusunun qiyməti 7,90 AZN-dir.

7.90 AZN

 

Intourist Hotel-də iftar yeməyi

Intourist Oteli sizi və sevdiklərinizi Ramazan ayı boyunda iftar yeməyinə dəvət edir.
Menyuda Azərbaycan və şərq mətbəxindən soyuq qəlyanaltı çeşidləri, şorba, əsas yemək və desert seçimi vardır. Tam menyu aşağıda göstərilib.
Qiymət bir nəfər üçün: 21 AZN təşkil edir.

Dostlarınıza, iş yoldaşlarınıza iftar yeməyi hədiyyə etmək imkanını da əldən verməyın.

21 AZN

 

Novbahar sizi iftar süfrəsinə dəvət edir

Novbahar restoranı sizə İftar süfrəsini təqdim edir.
Menyuya daxildir:
Soyuq qəlyanaltılar: Təzə tərəvəz, pendir çeşidləri, şəki əzməsi;
İsti qəlyanaltılar: Blinçik ət ilə, şor ilə və yarpaq dolması;
Salatlar: Təzə tərəvəz salatı, Manqal salatı və ya Paytaxt salatı (seçim üzrə);
Şorbalar: Mərci, Tərəvəz, Dovğa, Düşbərə, Toyuq şorbası (seçim üzrə);
İsti yeməklər: Tikə kabab, lülə kabab, çoban qovurma, şabaladlı çolpa qovurma, tərəvəz dolması, şüyüdlü plov, çığırtma plov (seçim üzrə);
Əlavələr: Qarabaşaq, bulqur, düyü;
Desert: Xurma, günün deserti;
İçkilər: Su, ayran, çay, reyhan şərbəti.

15 AZN

 

İftara Central Baku-ya gəlin

Central Baku Ramazan ayı boyunca hamını iftar süfrəsinə dəvət edir.

İftar menyusuna daxildir:
- Günün şorbası;
- Başlanğıclar;
- Salat;
- Əsas yemək Seçimi:
*Can əti steyki, çuğundurlu kartof püresi ilə;
*Quzu çöp şiş, düyü ilə;
*Sobada bişmiş toyuq, evsayağı kartof ilə;
- İçkilər;
- Meyvə assorti;
- Çay və şirniyyat.
Bir nəfər üçün qiymət 30 AZN.

 

Atelier Vivanda Baku-dan İftar menyusu

Atelier Vivanda Baku bu müqəddəs Ramazan ayında sizi qiyməti 20 AZN olan iftar menyusuna dəvət edir.
Menyuda:
Salat və qəlyanaltı;
Pomidor şorbası və ya Yunan salatı və ya toyuq qanadları;
Eskalopsayağı toyuq filesi, dana əti tenderloin steyk və ya qızardılmış qızıl balıq tərəvəz ilə;
Tiramisu;
Meyvə şirələri, su, Cola, Fanta, Sprite (seçim üzrə) və isti içki daxildir.

20 AZN

 

Ajda Baku-da iftar menyusu

Ramazan gəldi ve Ajda Baku sizləri hər il olduğu kimi bu il də iftara dəvət edir. Sizə iki fərqli menyu təqdim olunacaq:

Menyu 1 (20 AZN):
Xurma;
Pomidor;
Xiyar;
Ağ pendir;
Zeytun;
Günün şorbası;
Tavuk Sote və ya Yogurtlu köfte;
Güllaç tatlısı.

Menyu 2 (30 AZN):
Xurma;
Pomidor;
Xiyar;
Bal;
Kərə yağı;
Marinə olunmuş toyuq;
Ağ pendir;
Zeytun;
Günün şorbası;
Qarışıq izgara və ya quzu təndir;
Güllaç tatlısı.

20-30 AZN

İftarı Çay Bağı 145-də açın

Çay Bağı 145 sizə İftar menyusunu təqdim edir. 27 AZN-ə olan menyuya daxildir:
İftar set: Qara zeytun, xurma, su;
Salatlar: Çoban, manqal, yaz;
İsti qəlyanaltılar: Ət qutabı, göy qutabı, pendir qutabı;
Şorbalar: Mərci, toyuq, dovğa;
İsti yeməklər: Plov, turşu qovurma; çoban qovurma; toyuq kababı (düyü ilə);
İçkilər: Kompot, su, ayran.

27 AZN

 

2nd Station-da hər günün iftar menyusu fərqlidir

2nd Station restoranı hər kəsi Ramazan ayı münasibətilə iftar süfrələrinə dəvət edir.
İftar menyusu adambaşı 9 AZN təşkil edir. Menyu hər gün dəyişir. Gündəlik iftar menyuları aşağıda göstərilib:

9 AZN

Çaynataun İmsaka dəvət edir

Bu müqəddəs Ramazan ayında Çaynataun sizi qiyməti 15 AZN olan İmsaka dəvət edir. Hansı ki, tərkibinə bal, qaymaq, sosiska, pomidor-yumurta, pendir, kükü və s. daxildir (1 nəfərə limitsiz qidalanma).
Açıq bufetə daxil olan dadlı yeməklərdən zövq alın!

15 AZN

Çinar6 restoranında iftar

Ramazan ayı boyunca siz Çinar 6 restoranında iftar menyusundan yararlana bilərsiniz.

Menyuya daxildir:
- Su;
- Xurma;
- Xiyar;
- Pendir;
- Zeytun;
- Şorba;
- İsti yemək;
- Salat;
- Çay;
- Şirniyyat.

Qiymət bir nəfər üçün 12 AZN.

 

6 növ İftar menyusu

Büyükfırat restoranı sizə 6 növ İftar menyusu təklif edir.
Menyular:
Şorba, 2 lahmacun, su və iftar tabağı – 7 AZN;
Şorba, porsiyon tantuni, salat, su və iftar tabağı – 8 AZN;
Şorba, 2 pendirli lahmacun, salat, su və iftar tabağı – 8 AZN;
Şorba, yemək, qarnir, salat, su və iftar tabağı – 9 AZN;
Şorba, qarışıq pide, su və iftar tabağı – 9 AZN;
2 şorba, 4 lahmacun, 2 salat, 2 su və iftar tabağı – 12 AZN;

7-12 AZN

 

Pakhlava-da iftar üçün 2 fərqli menyu

Pakhlava çay evi Sizə 2 çeşiddə iftar menyusu təklif edir.
Birinci menyunun qiyməti 12 AZN-dir.

Menyu 1-ə daxildir:

Şorba (seçim əsasında):
- Mərci/Toyuq/Dovğa;

Salat (seçim əsasında):
- Çoban/Paytaxt/Manqal;

İsti yemək (seçim əsasında):
- Ət qulyaş/Toyuq qulyaş/Ət kotlet/Toyuq kotlet/Ət lülə/Toyuq lülə;

Qarnir (seçim əsasında):
- Düyü/Qarabaşaq/Kartof əzməsi/Vermişel.

Əlavə:
Su.

İkinci iftar menyusu 30 AZN təşkil edir.
Menyu 2-yə daxildir:

Şorba (seçim əsasında):
- Mərci/Toyuq/Dovğa;

Salat (seçim əsasında):
- Çoban/Paytaxt/Manqal;

İsti yemək (seçim əsasında):
- Ət qulyaş/Toyuq qulyaş/Ət kotlet/Toyuq kotlet/Ət lülə/Toyuq lülə;

Qarnir (seçim əsasında):
- Düyü/Qarabaşaq/Kartof əzməsi/Vermişel.

Əlavə:
Su, Qəlyan.

12-30 AZN

 

Shaurma N1 15% endirim təklif edir

Shaurma N1-də İftar və İmsak vaxtlarında bütün menyuya 15% endirim aksiyası tətbiq olunacaq.
Allah orucunuzu qəbul etsin.

 

Anadoluda İftar və Sahur

Anadolu restoranı İftar üçün sizə hazır yeməklər təklif edir. İftar zamanı hazır yeməklərin siyahısı:
• Şah plov;
• Quzu buğlama;
• Ət medalyon tərəvəz ilə;
• Kələm dolma;
• Tabaka;
• Toyuq steyk balzamik sousda;
• Kiyevsayağı kotlet;
• Göbələkli toyuq kərə yağı sousunda;
• Balıq ləvəngi.
Hər zövqə uyğun Azərbaycan, Türk və Avropa mətbəxinin yeməklərini də sifariş edə bilərsiniz. Qiymətlər restoran menyunun qiymətinə əsasən hesablanır.
Sahur üçün isə restoranda açıq bufet təklif olunur.
Qiymət: 12 AZN

 

Space Restaurant-da iftar süfrəsi

Space Restaurant & Events Hall Sizi Ramazan ayı boyunca iftar süfrələrinə dəvət edir.

İftar menyusuna daxildir:
Şorba:
- Göbələk, tomat və ya mərci;

Salat:
- Tərəvəz, Manqal və ya sezar salatı (toyuqla);

Əsas yemək:
- Göbələkli toyuq filesi (qaymaqlı sousda);
- Bifstroqonof (can ətindən);

Qarnirlər:
- Düyü və ya ev sayağı kartof;

İçkilər:
- Coca cola, Fanta, Sprite və ya təbii meyvə şirəsi.

Bir nəfər üçün iftar menyusunun qiyməti 25 AZN.

 

İftar üçün 8 növ menyu

Tarihi Sultanahmet köftecisi Selim usta sizə bir neçə çeşid İftar menyusu təklif edir.
 

11.50-13.50 AZN

Passage 1901-də iftar menyusu hər gün dəyişir

Passage 1901 restoranı hər kəsi Ramazan ayı münasibətilə iftar süfrələrinə dəvət edir.
İftar menyusu adambaşı 20 AZN təşkil edir. Menyu hər gün dəyişir. Gündəlik iftar menyuları aşağıda göstərilib:

 

JW Marriott Absheron Baku-da iftar süfrəsi

Müqəddəs Ramazan ayında JW Marriott Absheron Baku sizi Zest Lifestyle Café-də təşkil olunacaq xüsusi iftar süfrəsinə dəvət edir. Aşpaz Mühərrəm sizin üçün çeşidli isti yeməklərdən, salatlardan, qəlyanaltılardan və desertlərdən ibarət olan ləziz menyu işləyib hazırlayıb.
Bir nəfər üçün qiymət: 65 AZN.

 

The Bagel-də iftar üçün 4 menyu

Müqəddəs Ramazan ayında The Bagel Bar Baku xüsusi iftar menyusunu təqdim edir.

Menyu1:
- Günün şorbası;
- İstənilən salat;
- Çay və ya klassik qəhvə;
- Qazsız su.
Qiyməti: 11 AZN.

Menyu 2:
- Günün şorbası;
- Sobada kartof seçimi;
- Smuzi seçimi;
- Qazsız su.
Qiyməti: 12 AZN.

Menyu 3:
- Günün şorbası;
- Sobada kartof seçimi;
- Krep və ya pankeyk seçimi;
- Çay və ya klassik qəhvə;
- Qazsız su.
Qiyməti: 12 AZN.

Menyu 4:
- Günün şorbası;
- İstənilən beyql;
- Kənd sayağı kartof;
- İstənilən çiller;
- Qazsız su.
Qiyməti 14 AZN.

Panoramic restoranında iftar edin

Panoramic restoranı Ramazan ayı üçün xüsusi iftar menyu tərtib edib.

Menyuya daxildir:
Salatlar:
- Çoban salatı;
- Mövsüm salatı;
- Manqal salatı;

Şorbalar:
- Toyuq şorbası;
- Mərci şorbası;

İsti yeməklər:
- Toyuq izqara (düyü ilə);
- Saxsı qabda quzu qovurma;

Şirniyyatlar və sərinləşdirici içkilər:
- Bakı paxlavası - 1 ədəd;
- Xurma;
- Kompot;
- Meyvə şirəsi.

20 AZN

Dafne by Dalida-da Ramazan süfrələri

17 may tarixindən etibarən hər gün Dafne restoranı İftar və Sahur yeməyi menyusu ilə xidmətinizdədi!

Sahur menyusu 15 AZN-dir.
Menyuya daxildir:
- Yağ;
- Bal;
- Qaymaq;
- Pendir (ağ, kaşar);
- Zeytun;
- Xiyar-pomidor;
- Siqara börəyi;
- Hindi vetçinası;
- Mal ətindən sosis;
- Pomidor-yumurta və ya göz yumurtası;
- Su;
- Meyvə şirəsi;
- Çay.

İftar menyusu 25 AZN-dir.
Menyuya daxildir:
Başlanğıclar:
- Bal;
- Qaymaq;
- Xurma;
- Zeytun;
- Pendir (ağ, kaşar);
- Xiyar-pomidor;
- Manqal salatı;
- Mövsüm salatı;
- Haydari;

Şorbalar:
- Mərci və ya toyuq şorbası;

İsti qəlyanaltı:
- İçli köftə;

İsti yemək:
- Dana ətindən və qoyun quyruğundan hazırlanmış pendirli fırın beyti və ya toyuq külbastı badımcan bəyəndisi düyü ilə;

Şirniyyat:
- Fırın sütlaç və ya havuç dilimi;

İçkilər:
- Su, ayran və çay.

15-25 AZN

OXŞAR XƏBƏRLƏR