AZAL və “Buta Airways”dən sərnişinlərə - MÜJDƏ

AZAL və “Buta Airways”dən sərnişinlərə - MÜJDƏ
Xəbərlər 25 May 2018 17:13 1527
AZAL və “Buta Airways”dən sərnişinlərə - MÜJDƏ

 

Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq. 

Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər: 

Ekonom-sinif – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;
Biznes sinif – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
Comfort Club – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;
VIP Club – tarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus. 

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır. 

Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər: 

“Büdcə” tarifi - 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;
“Standart” tarifi – tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus 
“Super” tarifi - tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.

“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır. 

Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZAL və “Buta Airways” aviaşirkətlərinin saytlarında əldə etmək olar. 

OXŞAR XƏBƏRLƏR