“Viking Ocean Cruises” şirkəti son zamanların ən uzun səyahətinə hazırlaşır.
Səyyah.az turizm portalının məlumatına görə fins.az xəbər verir ki, sözügedən şirkət “Viking Sun” adlı gəmisi ilə 245 günlük dəniz turu təşkil edəcək. Bu dövrdə 59 ölkəyə, 113-dən çox müxtəlif məkana ziyarət nəzərdə tutulub. Karib adaları, Malta, İtaliya, Əl-Cəzair, Norveç, Braziliya, ABŞ, Hong-Kong gediləcək yerlər sırasındadır. 8 ay davam edəcək səyahətin qiyməti 93 min dollardan başlayır. Gəmi ümümilikdə 930 sərnişinlə yola çxacaq. Dünyanın bütün streslərindən uzaqlaşmağı vəd edən tura neçə nəfərin qatılacağı isə hələlik məlum deyil.