Körpənin həyatını xilas etdi, vətəndaşlıq aldı

Körpənin həyatını xilas etdi, vətəndaşlıq aldı
Xəbərlər 30 May 2018 09:46 788
Körpənin həyatını xilas etdi, vətəndaşlıq aldı


Fransada, Parisdə qəribə hadisə baş verib. Evdə tək qalan 4 yaşlı uşaq balkona  çıxaraq aşağıya doğru boylanır və müvazinətini itirərək balkondan aşağıya doğru asılı vəziyyətdə qalır. Ətrafdan təhlükəni görən insanlarqışqırırlar, lakin uşağı ölümdən saniyələr ayırır. Hamı əlacsız durumda uşağın dördüncü mərtəbədən yerə yıxılacağı anı gözləyir.

Elə bu an yoldan keçən 22 yaşlı gənc “Spider-Man” kimi bir göz qırpımında balkonları dırmaşaraq 4-cü mərtəbəyə çıxır, özünü uşağın yanına çatdırır və onu xilas edir.

Ətrafdakılar prosesi çəkib və sosial şəbəkələrdə yayımlayıb. Milyonlarla insan o gərgin anları təkrar yaşayıb. Xilaskar gənc  Fransaya Qərbi Afrikada yerləşən müsəlman ölkəsi Malidən gəlib. Mali bir vaxt Fransanın müstəmləkəsi olub.

Fransa prezidenti Emmanuel Macron gənci şəxsən qəbul edib. Ona təşəkkür edib, bu barədə twitter hesabında da yazıb.

Maraqlı burasıd rki, Fransada qeyri-qanuni yaşayan gəncə hadisədən dərhal sonra vətəndaşlıq verilib. Üstəlik, onu yanğınsöndürən kimi işə götürüblər. Uşağın atası isə məsuliyyətsizliyə görə ya 2 il müddətinə həbs olunacaq, ya da 30 min avro cərimə ödəyəcək.

OXŞAR XƏBƏRLƏR