Ölmək istəyən bu restorana getsin

Xəbərlər 29 Yanvar 2015 00:00 824
Ölmək istəyən bu restorana getsin

ABŞ-da yerləşən "Qızartma infarkt" adlı restoran müştərilərini öldürməklə məşhurlaşıb.

Seyyah.az-ın "Trend"-ə istinadən məlumatına görə, bu restoranın işçiləri həkim və tibb bacısı, müştəriləri isə xəstə paltarı geyinirlər.

Restoranın müştərilərini öldürməsi isə zarafat deyil, çünki dünyanın ən çox kalorili burgerləri burada satılır. Xüsusilə səkkiz qatlı və cəmi 19 900 kalorili "Bypass Burger" yeyən bir çox insan infarkt keçirərək həyatını itirib.

Buna görə də restorana "Qızartma infarkt" adı verilib.

OXŞAR XƏBƏRLƏR