Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.
Səyyah.az turizm portalının APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.
Avtobusda olan 54 turistdən 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə dərhal Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb ediliblər. Zərərçəkmişlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına və Şirvan şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib.