Çimərlik mövsümünün başlama tarixi məlum oldu

Çimərlik mövsümünün başlama tarixi məlum oldu
Xəbərlər 1 Iyun 2018 14:43 1008
Çimərlik mövsümünün başlama tarixi məlum oldu

Azərbaycanda çimərlik mövsümü iyunun 15-dən başlayacaq.

 Səyyah.az turizm portalının məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Z. Kazımov bildirib ki, çimərliklərdə monitorinqlərin aparılmasında məqsəd çimərlik mövsümünün başlanması ilə əlaqədardır:

“Şıx və Sahil çimərliyində yenə zərərli maddələr normadan artıqdır. Vətəndaşlar məlumatlandırılır ki, bir nəfər kəskin xəstələnərsə, bu, ətrafdakı insanlara da təhlükə törədir”.

OXŞAR XƏBƏRLƏR