Bakıdan Daşkəndə birbaşa aviareys açılır

Bakıdan Daşkəndə birbaşa aviareys açılır
Xəbərlər 4 Iyun 2018 15:05 729
Bakıdan Daşkəndə birbaşa aviareys açılır

 

İyunun 30-dan etibarən “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır. 

Səyyah.az turizm portalı xəbər verir ki, uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) yerinə yetiriləcək.

Özbəkistanın paytaxtı zümrüd rəngli parklar, bağlar, bağçalar, büllur fəvvarələrdən ibarət nəhəng meqapolisdir.

Daşkənd dünyanın bir çox paytaxtlarına xas olan müasir zərifliyi təcəssüm etdirməklə yanaşı, şərq şəhəri kimi təkrarolunmaz koloritə malikdir. Burada sanki qədim şərq nağıllarından peyda olan orta əsrlərə aid tikililər və zərif Avropa memarlığı çox gözəl uzlaşır.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR