Bakıda 100 min manatlıq Sevgililər Günü təklifi

Təklifin unikallığı bura daxil olan xidmətlərdə və qiymətindədir.
Xəbərlər 29 Yanvar 2015 00:00 2550
Bakıda 100 min manatlıq Sevgililər Günü təklifi

Bakının "Four Seasons" hoteli Sevgililər gününə özəl təklif hazırlayıb. Seyyah.az-ın "Four Seasons Baku" hotelindən aldığı məlumata görə, təklifin unikallığı bura daxil olan xidmətlərdə və qiymətindədir.
Beləliklə, təklifə əsasən, Sevgililər fevralın 14-də otelin hesabına dünyanın istənilən nöqtəsində öz evlərindən limuzinlə aeroporta çatdırılacaq və birinci sinif təyyarə ilə Bakıya uça biləcəklər. Burada da onlar Hotel tərəfindən təqdim olunmuş limuzinlə hərəkət edəcəklər.

Sevgililərin ixtiyarına Four Seasons Hotel Baku-nun ən gözəl otağı olan Prezident lüksu təqdim ediləcək. Qeyd edək ki, bu otaq Azərbaycanda ən bahalı hotel otağı sayılır və onun sutkalıq qiyməti təqribən 11 min manatdır.
Aksiya çərçivəsində Sevgililər üçün əfsanəvi Qız Qalasında Şampan şərabı və kürü süfrəsi açılacaq. Sonradan bu sehirli gecə Kaspia restoranında təntənəli şam yeməyi və şərab dadmaqla davam edəcək.
Sevigililər hotelin təqdim etdiyi unikal 24 Carat Gold massaj və ultra nəmləndirici südlü vannadan həzz ala biləcəklər.

Qeyri-adi romantik ab-hava Prezident lüksunun qonaqlarını təəcübləndirəcək: «Otağınız "Avropa otelləri arasında Ən yaxşı çiçək dizaynı" nominasıyasında qalıb qələn florisitimiz tərəfindən valehedici çiçək kompozisiyaları və şamlarla bəzədiləcək»-deyə təklifdə bildirilir.

Aksiya çərçivəsində sevgililərə bahalı «Cartier» saatları hədiyyə ediləcək: «Bu sehirli Sevgililər gününü daim xatırlamaq üçün sizə hədiyyə olunan Sartier saatlarının üzərində adlarınız və burada keçirdiyiniz vaxt həkk olunacaq». Qeyd edək ki, saatların qiyməti 5-6 min manatdan 10-20 min manat arasında dəyişir. Qonaqlara bir neçə model təklif ediləcək və onlar istədikləri modeli özləri seçəcəklər.

Təklifin qiyməti 100 000 manatdır. Əlavə məlumat almaq və rezervasiya üçün: Reservations.Baku@fourseasons.com və ya +99412 404 24 24, Nəzərinizə çatdırırıq ki, bu təklif otelin sifariş zamanı dolu olmasından asılıdır.

OXŞAR XƏBƏRLƏR