Bu yay rusiyalı turistlərin istirahəti üçün populyar MDB kurortlarının reytinqi təqdim edilib.
Fins.az Rusiyanın TurStat analitik agentliyinə istinadla xəbər verir ki, Xəzərin sahilində, Bakının Bilgəh qəsəbəsindəki çimərliklər 5 ən populyar kurort sırasında yer alıb. TurStatın məlumatına görə, rusiyalı turistlər MDB ölkələrinin kurortlarına yay mövsümündə 7-14 gün müddətinə gəlirlər. MDB ölkələrinin kurortlarında birgünlük istirahət 50-100 dollara başa gəlir.