Lənkərandan Moskvanın Vnukovo Beynəlxalq Hava Limanına təyyarə reyisinin təntənəli açılışı baş tutub.
Səyyah.az turizm portalı xəbər verir ki, "Report"un Rusiya bürosunun məlumatına görə, yeni istiqamət üzrə reysləri AZAL-ın Rusiyadakı baş nümayəndəsi Rahib İsayev və Vnukovo Beynəlxalq Hava Limanının satış direktoru Maksim Şişko açıblar.
Reysə qeydiyyatdan keçən ilk sərnişin olan Şölə İsmayılova mərasimdə təşkilatçılardan xatirə hədiyyələri alıb.
AZAL şirkətinin "Airbus 320" təyyarələri ilə həyata keçirəcəyi Lənkəran-Moskva və Moskva-Lənkəran reysləri hər həftənin cümə günü reallaşacaq.