Turizmin məhv etdiyi tarixi məkanlar

Turizmin məhv etdiyi tarixi məkanlar
Xəbərlər 13 Iyun 2018 12:20 1168
Turizmin məhv etdiyi tarixi məkanlar

Heç kəsə sirr deyil ki, təbiət möcüzələri və tarixi məkanlar tədricən kütləvi turizm nəticəsində məhv olur. Ancaq bu gün əksər ölkələr elə turizmdən gələn gəlirlər hesabına "yaşayır".

  Səyyah.az xarici KİV-ə istinadən turistlər tərəfindən məhv olunan tarixi məkanları təqdim edir:

Venesiya (İtaliya) - Turizm sənayesi bütün şəhəri zəbt edib. Son 30 ildə Venesiya öz daimi əhalisinin yarısını itirib. 

Maçu-Pikçu (Peru) - XX əsrin əvvəllərindən hinduların mistik şəhəri hər il daha çox turistin diqqətini cəlb edir. Axının qarşısını almaq mümkün olmadığından, görünür, şəhər təkcə suvenirlərdə yaşayacaq. 

Caysalmer (Hindistan) - Turistlərin əksəriyyəti bu tarixi limanda ən azı 2 ay vaxt keçirməyə üstünlük verirlər. Ancaq kiçik şəhərin infrastrukturu bunu qarşılamağa qadir deyil. 

Kosumel (Meksika) - Vaxtilə insan ayağı dəyməyən bu yerlər indi turist axını nəticəsində zibilliyə çevrilmək təhlükəsi ilə qarşı-qarşıyadır. 

Çinkve-Terre (İtaliya) - Bu balıqçı kəndində get-gedə xırda qayıqları iri gəmilər əvəz etdiyindən sakinlər öz ənənəvi peşələrini ataraq buradan uzaqlaşırlar. 

Yanşo (Çin) - Bu gizli şəhəri ildə bir neçə milyon turist ziyarət edir ki, infrastruktur bu axına tab gətirmir. 

Teotiuakan (Meksika) - Meksikanın sonuncu qoruq elan edilmiş şəhəri turist axını ilə üzləşməkdə dvaam edir. 2004-cü ildə Walmart hipermarketinin burada şöbə açması qədim kəndə vurulan sonuncu zərbə oldu. 

Qrot-Moqao (Çin) - Turizm sənayesindən razı qalmayan daha bir Çin şəhəri. Gec də olsa, infrastrukturu qorumaq üçün turistlərin şəhərə girişi məhdudlaşdırılıb. 

Santorini (Yunanıstan) - Şəhər ziyarətçilərin sayını gündə 8 min turistə endirərək məhv edilməkdən xilas olmağa çalışır. 

Anqkor-Vat (Kamboca) - Qədim turizm məkanı haqında yerli hakimiyyət vaxtında fikirləşməsə, bir neçə ilə ondan əsər-əlamət qalmayacaq. 

OXŞAR XƏBƏRLƏR