"5 min əlində pulu olan özünə travel şirkəti açır" - MÜSAHİBƏ

"5 min əlində pulu olan özünə travel şirkəti açır" - MÜSAHİBƏ
Xəbərlər 14 Iyun 2018 14:56 1387
"5 min əlində pulu olan özünə travel şirkəti açır" - MÜSAHİBƏ

Səyyah.az turizm portalı portalı turizm şirkətlərindən birinin marketinq direktoru Kənan Hənifəyevin müsahibəsini təqdim edir.

 

Yerli turistlərimiz ən çox hansı istiqamətlərə tur sifariş edirlər?

Yerli turistlərimiz yay mövsümü ilə əlaqədar olaraq əsasən kurort zonalarına turlar sifariş edirlər bunların arasında Türkiyə bölgəsi öndə gedir amma buna baxmayaraq Avropa və məsafə olaraq yaxın olan Gürcüstanada sifarişlər verilir.

Yayda ən ucuz tur hara olur? Xaricdə və Ölkə daxili

Yay mövsümü ilə əlaqədar hal-hazırda həm xarici həm də daxili turlarımızda xüsusi endirimli tur məhsulları turistlərimizə təqdim edirik . Xarici tur olaraq Gürcüstan istiamətində Kobuleti turlarımız mövcüddür ki bir həftəlik səyahət paketi 99 dollardan başlayır , daxili turlar da isə avtobus turlarımız baş tutur və 15 azndən başlayan qiymətlərlə turistlərimizə xidmət göstəririk.

Yerli turistlərimizə yay aylarında hansı xarici ölkəyə səfər etməyi məsləhət görürüsüz və nə üçün?

Yerli turistlərimizə yayda cox istiqamətdə səfər etməyə tövsiyyə edə bilərik. Amma biz hər zaman çalışırıq ki, turistimizin büdcəsinə uygun lazım istiqamətlər səyahət paketləri təklif edək - yəni müxtəlif seqmentlər üzrə təklif paketlerimiz var.

Xarici ölkələrdən Azərbaycana turist gətirirsiz?

Xarici ölklərədən əsasən Körfəz və Avropa istiqamətində xarici turistlərimizə xidmət göstəririk və bu yöndə "çoğrafiyamızı" böyüdürük.

Əcnəbi turistləri cəlb etmək üçün nə edirsiz?

Əcnəbi turistlərin ölkəmizə cəlb etməsi üçün şirkət olaraq öz strategiyamız və təbliğat işlərimiz varki o plan üzrə fəaliyyət göstəririk. Amma buna baxmayaraq daha çox təbliğat və təşviqat üçün həm şirkətlərlə həmdə dövlət qurumları ilə sıx əməkdaşlıq və fəaliyyət göstərilməlidir və dünyada Azərbaycan turizmini və vətənimizin dilbər güşələri barəsində informasiyalar verilməlidir.

Əcnəbi turistlər ölkəmizdə əsasən hansı bölgələrə səfər etməyə üstünlük verirlər və nə üçün?

Əcənəbi turistlər ölkəmizə gəldiyi zaman paytaxtımızdan başqa şimal və şimal qərb istiqaməti daha çox təbliğat və təşviqat üçün həm şirkətlərlə həmdə dövlət qurumları ilə sıx əməkdaşlıq və fəaliyyət göstərilməlidir və dünyada Azərbaycan turizmini və vətənimizin dilbər güşələri barəsində informasiyalar verilməlidir.

Əcnəbi turistlər ölkəmizdə əsasən hansı bölgələrə səfər etməyə üstünlük verirlər və nə üçün?

Əcənəbi turistlər ölkəmizə gəldiyi zaman paytaxtımızdan başqa şimal və şimal qərb istiqaməti daha çox diqqətlərini cəlb edirlər. Quba Qəbələ Şəki Lahic Lənkəran və Gəncə-Göygöl istiqaməti xarici turistlərin zövqünə oxşayır. Həmçinin tariximiz mədəniyyətimiz və mətbəximiz xarici turistlərin böyük maraqina səbəb olur.

Necə fikirləşirsiz ölkəmizdə olan turizm şirkətlərinin çox olması müsbət haldır yoxsa mənfi?

Ölkəmizdə olan turist şirkətlərinin say məsələsi özü böyük bir mövzüdür. Bu məsələdə fikirlər müxtəlifdir , bir növ şirkətlər cox oldugu halda ölkə iqtisadiyyatı üçün faydalı ola bilər amma bunun fəsadlarıda böyükdür. Halhazirda 2000 dən artıq turizm fəaliyyətiylə məşğul olan şirkət və bu tipli qurum bölmələr var bundan başqa 500-dən artıq səyyar satış edən qeydiyyatsız turizmlə məşğul olan şəxslər var. Ölkə turizm potensialına nəzər saldıqda bu qədər şirkətin olması mənfidir.Çünku yeni açılan şirkətlərin 100-70 % hec bir peçakar yöndə firmaları qurulmur və fəaliyyəti zamanı üzrədə böyük nöqsanlar aşağı səviyyəli xidmətlər dempinqlər və xarici turistlərə qarşı düzgün məlumatsızlıq və xidmətsizlik müşahidə edilir. Bunun müqabilində turizm sənayesində bu kimi hadisələri görüb aradan qaldıracaq mexanizm olmadığına görə - hal hazırki turizm qarışıq vəziyyətdədir. Bizə kəmiyyət yox keyfiyyət lazımdır. Hər bir turizm şirkəti gəlmə turizmlə məşğul olursa ilk növbədə bilməlidir ki o öz ölkəsinin "səfiri" kimi fəaliyyət göstərir. Qarşılanmadan yola salınmaya qədər turistə yaxşı xidmət göstərilməlidir ki , sonra ölkəmiz haqqında mənfi rəylər bildirməsinlər.

Turizm şirkəti yaratmaq üçün qaydaların çətinləşdirilməsinə ehtiyac varmı?

Turizm şirkətlərinin yaratmaq üçün qaydalarda mütləq dəyişikliklər edilməlidir - hətta 2- kvalifikasiya bölünməlidir - bunlardan biri sırf gəlmə turizm üzrə fəaliyyət digəri ümümi turizm fəaliyyəti kimi olmalıdır. Və açılan turizm şirkətlərinin qarşısında şərtlər olmalıdır. Bu halda acilan şirktlər ilk növbədə bu işlə məşğul olan peşakarlar fəaliyyət göstərəcək və bu biznesə ciddi qoşularaq həm özlərinə həmdə ölkəmizə böyük xeyir verə biləcəklər. Cari vəziyyətdə 5 min əlində pulu olan özünə travel şirkəti açır hətta deyərdim ki bəzi yeni acılan şirkətlər özlərinə ad secməkdə əziyyət çəkmədən digər fəaliyytdə olan sirkətlərin adlarına oxşar və ya eynisi ilə fəaliyyət göstərirlər )) - buda turizm senayesi ucun mənfi aura gərginlik yaradir.

Necə fikirləşirsiz gələcəkdə daha hansı ölkələrdən çoxlu sayda turistlər gələ bilər?

Ölkəmizə çoxlu turist gəlməsini və müxtəlif ölklərdən olmasını istəyirksə qonşu ölkələrin təcrübəsindən mütləq yararlanmalıyıq. Otelçilik və xidmət sahəsində Turkiyədən, travel tour üzrə isə Gürcüstan modulundan istifadə etməliyik .Düzgün strategiya üzrə avropa MDB ölkləri həmçinin Asiya ölkələrindən coxlu sayda turistin diqqətini cəlb edib olkəmizə gətizdirə bilərikə.

Sizin şirkəti digər turizm şirkətlərindən nə fərqləndirir?

Bizim şirkət digər turizm şirkətlərindən onunla fərqlənir ki biz tək turistlərə xidmət göstərmirik biz həmcinin digər turizm sirkətlərinə xidmət verib əməkdaslıq edirik. Muxtelif xarici ölkələrin turizm sistemləri bir başa əməkdaslıq və rəsmi nümayəndəsi olaraq digər şirkətlərədə xidmətlərimizi təqdim edirik. Hal hazirda şirkətimiz yeni texnoloji imkanlardan faydalanaraq turizm sahəsinə tetbiqi ile məşğuldur. Müasir dövrünn tələblərinə uyğun olaraq elektron turizm - genis miqyasli xidmetlərlə ,diger turizm şirkətlərindən fərqliliyimizi yaradır. Həmçinin gələcəkk aylarda turistlərimiz üçünde yeni səyahət xidməti layihəmizidə təqdim edəcəyik.

OXŞAR XƏBƏRLƏR