Bakı romantik uik-end üçün münasib olan şəhərlərin reytinqinə salınıb

Reytinqdə Avropanın müxtəlif ölkələrinin ikilikdə romantik uik-end üçün münasib olan 20 şəhəri yer alıb.
Xəbərlər 2 Fevral 2015 00:00 1602
Bakı romantik uik-end üçün münasib olan şəhərlərin reytinqinə salınıb

Seyyah.az-ın "AzərTAc"-a istinadən məlumatına görə, "Travel.ru” turizm portalı 14 fevral - Sevgililər Günü səyahət etməyə məsləhət görülən Avropa şəhərlərinin reytinqini tərtib edib. Reytinqdə Avropanın müxtəlif ölkələrinin ikilikdə romantik uik-end üçün münasib olan 20 şəhəri yer alıb.

Avropanın sevgililər üçün cəlbedici şəhərləri arasında Bakının da adı çəkilib. Məlumatda deyilir ki, Azərbaycanın paytaxtı özündə gəzməli-görməli ultramüasir yerlər ilə Orta əsrlərə məxsus gözəlliyi birləşdirir. Romantik tarixçəsi olan Qız qalası Bakının ən maraqlı yerlərindən biridir. Onun baxış meydançasından İçərişəhərin xeyli hissəsi görünür. Gəzib-dolaşmalı digər maraqlı yerlər Şirvanşahlar sarayı, səs-küylü bazar, milli kafe və restoranlardır.
Reytinqə Riqa, İstanbul, Lyublyana, Tallinn, Praqa, Vyana və digər şəhərlər daxil olub.

OXŞAR XƏBƏRLƏR