Bakı Avtovağzalında hər şey dəyişəcək – DETALLAR

Bakı Avtovağzalında hər şey dəyişəcək – DETALLAR
Xəbərlər 21 Iyun 2018 11:47 979
Bakı Avtovağzalında hər şey dəyişəcək – DETALLAR

 

Dövlət Avtomobil Xidməti Bakının əsas nəqliyat obyektlərindən olan Bakı Beynəlxalq Avtovağzalında baş verəcək dəyişiklikləri açıqlayıb. FED.az xəbər verir ki, burada "Nəqliyyat Qovşağı" layihəsi həyata keçiriləcək və qovşay tezliklə əhalinin istifadəsinə veriləcək.
Avtovağzalda baş verəcək əsas dəyişikliklər bunlardır:
 
1.Şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzinin yaradılması;
 
2.Vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri ilə inteqrasiyası;
 
3.Şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkətinin təmin edilməsi;
 
4.Tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili;
 
5.Nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması;
 
6.Heç bir yerüstü piyada zolağından (zebra) istifadə edilməməsi;
7.Avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi;
 
8.Avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması;
9.Taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi;
 
10.Lökbatan dairəsinə daxil olmaq üçün avtonəqliyyat vasitələrinin Biləcəri dairəsinə daxil olmasının qarşısının alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılması.

OXŞAR XƏBƏRLƏR