“All inclusive” sistemi ləğv edilə bilər

Xəbərlər 2 Fevral 2015 00:00 618
“All inclusive” sistemi ləğv edilə bilər

Yunanıstanın yeni baş naziri Aleksis Sipras yerli hotellərdəki “all inclusive” (hər şey daxil) qidalanma sisteminə qarşı çıxıb. O, ölkə hotelləri bu sistemdən imtina edərək, ənənəvi turizmə qayıtmağa dəvət edib. Seyyah.az-ın “The Daily Mail”-ə istinadən məlumatına görə, “all inclusive” sistemi üzrə işləyən hotellər səyahət vaxtı əlavə xərc çəkmək istəməyən məhdud büdcəli ailələr arasında populyardır. Lakin belə hotellər yerli ticarətçi və restoran sahiblərinin biznesi üçün böyük problemdir.

OXŞAR XƏBƏRLƏR