Bakı, Xəzər dənizi, yay, günəş...! Bu 4 sözü eşidər-eşitməz adamın könlündən özünü çimərliklərə atmaq keçir. Axı bu qızmar havalara başqa necə qalib gəlmək olar?
Bu yayı Bakıda keçirənlər, harada istirahət edəcəyinizi hələ bilmirsinizsə, Sizə Bakının ən məşhur çimərliklərinin siyahısını və qiymətlərini təqdim edirik.
Seçiminizi edin, ən gözəl çimərlik geyiminizi geyinin və əsl yay istirahəti üçün çimərliklərə üz tutun!

Dalga Beach Aquapark Resort uzun müddət unudulmayacaq möhtəşəm yay fəsli keçirmək üçün gözəl fürsət təklif edir!
Qiymət cədvəli aşağıdakı kimidir:
Azərbaycan Respublikasının vətəndaşları üçün həftə içi - 35 AZN, həftə sonu - 50 AZN;
Xarici vətəndaşlar üçün həftə içi - 50 AZN, həftə sonu - 70 AZN.
0-6 yaşlı uşaqlar - pulsuzdur, 7-12 yaşlı uşaqlar - 15AZN.
Bu məbləğə daxildir:
- Akvapark;
- Şezlonq;
- Məhrəba;
- Dolab.

Amburan Beach Club-da hər kəsi həftəiçi günlərinin sıxıcılığından uzaqlaşaraq, dəniz kənarında istirahət və rahatlıq aləminə qərq olmağa dəvət edir.
Çimərlik və hovuz qiymələri aşağıdakı kimidir:
Bazar ertəsi – 20 AZN;
Çərşənbə axşamı – Cümə günü – 23 AZN;
Şənbə - Bazar – 28 AZN.
Boyu 130 sm (daxil olmaqla) olan uşaqlara giriş pulsuzdur.
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Dəsmal;
- Uzanma taxtı;
- Çətir;
- Uşaq meydançası;
- Soyunma otağı (şkaf əlavə ödənişli);
- Müxtəlif əyləncələr (trambolin, minigolf üçün meydança, futbol meydançası, voleybol meydançası),
İş saatları: Çimərlik/Hovuz/Aquapark – 10:00-19:30 (B.e-B.)
Nəzərinizə çatdırırıq ki, kənardan ərzaq və içki gətirmək qəti qadağandır.

Yay, Günəş, dəniz, qum! Günəşlənməyin əsl vaxtıdır! Odur ki, çimərlik geyiminizi də götürüb Mambo Beach Club-a gəlin!
Qiymət cədvəli aşağıdakı kimidir:
Həftəiçi 15 AZN;
Həftəsonu 20 AZN.
6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur (hər 1 böyüklə 1 nəfər 6 yaşına qədər uşaq daxil ola bilər).
Qiymətə daxildir:
- Hovuzdan və dənizdən istifadə;
- Şezlonq;
- Dəsmal;
- Çətir.

Çimərlik mövsümünün açılışı münasibətilə Tropicana Beach Sizi istirahətinizi burada keçirməyə dəvət edir.
Giriş 10 AZN-dir.
Qiymətə daxildir:
- Çimərlik;
- Hovuz;
- Uşaq hovuzu;
- Şezlonq.
10 yaşdan aşağı uşaqlara giriş 5 AZN.
5 yaşdan aşağı uşaqlara isə pulsuzdur.

"Ramada Baku Hotel" çimərlik mövsümünün açılışı münasibətilə Sizi dəniz kənarında gözəl və rahat istirahətə dəvət edir.
Qiymət cədvəli aşağıdakı kimidir:
Həftəiçi 20 AZN;
Həftəsonu 30 AZN.
6 yaşadək uşaqlar üçün pulsuzdur (1 ailədən 1 uşaq).
Qiymətə daxildir:
- Çimərlik və hovuza giriş;
- Şezlonq;
- Soyunub-geyinmə otağı;
- Dəsmal.
Ramada Baku Sizin övladlarınızı da düşünüb. Belə ki, siz istirahət edib hovuzun dadını çıxardığınız müddətdə balacalarınız oyun meydançasında əylənə biləcəklər.

Akvaparkda qonaqları su təpələri, açıq hovuz, fontan və günəş vannalarının qəbulu üçün təchiz olunmuş yerlər gözləyir. Akvapark 11 müxtəlif su təpəsi təqdim edir: "Qara dəlik", "Raftinq", "Multi təpələr", "Azad düşüş tuneli", "Kamikaze", "Dalğa", açıq su təpələri, eləcə də uşaqlar üçün oyun meydançaları var. Akvaparkda, həmçinin, soyunub-geyinmə otağı, duş kabinlər və Waterpark kafesi var.. Qiymət Cədvəli aşağıdakı kimidir:
Akvapark:
Böyüklər: Həftəiçi 35 AZN, həftəsonu 40 AZN;
Uşaqlar: Həftəiçi 20 AZN, həftəsonu 25 AZN.
Çimərlik:
Böyüklər: Həftəiçi 40 AZN, həftəsonu 50 AZN;
Uşaqlar: Həftəiçi 20 AZN, həftəsonu 25 AZN.
Kabana:
2 nəfər: Həftəiçi 50 AZN, həftəsonu 75 AZN;
4 nəfər: Həftəiçi 100 AZN, həftəsonu 150 AZN.

İsti yay aylarında istirahəti ən gözəl şəkildə keçirmək istəyənləri Aysberq Resort Hotel dəvət edir.
Hotel-in bu il üçün çimərlik və hovuz qiymətləri aşağıdakı kimidir:
Böyüklər üçün: 10 AZN;
5 yaşa qədər uşaqlara giriş pulsuzdur. 5 yaşdan böyük uşaqlar üçün standart qiymət hesablanacaqdır.
Qiymətə daxildir:
- Çimərlik;
- Açıq basseyn;
- Şezlonq;
- Çətir.

Həftəsonuna son saatlar qalıb. Hava da əsl dəniz havasıdır. Çimərlik istirahəti üçün Khazar Golden Beach Hotel-ə gəlin.
Qiymət cədvəli aşağıdakı kimidir:
Həftəiçi 20 AZN;
Həftəsonu 30 AZN.
7 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur.
Qiymətə daxildir:
- Hovuzdan və dənizdən istifadə;
- Şezlonq;
- Dəsmal.

Parlaq, rəngarəng hisslər yaşamaq və ürək dolusu dincəlmək üçün AF Hotel Aqua Park-a gəlin! Burada yaxınlarınızla birgə maraqlı istirahət etmək və tətilin dadını çıxarmaq üçün əla imkan var!
Həm də artıq çimərlik mövsümü də açılıb!
Расценки указаны ниже:
Для взрослых: 15 AZN;
Для детей до 12 лет: 10 AZN;
Для детей до 3 лет: Бесплатно.
В стоимость входит:
- Аквапарк;
- Лежанка;
- Полотенце.

Yeni istifadəyə verilmiş Point Beach Club & Hotel ilə bu yay daha maraqlı olacaq. Günəşli mövsümün dadını çıxarmaq üçün ailəniz və dostlarınızla buraya gəlin.
Qiymət cədvəli aşağıdakı kimidir:
Böyüklər üçün: 10 AZN.
6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur.
Qiymətə daxildir:
- Hovuzdan və çimərlikdən istifadə;
- Şezlonq;
- Çətir.

Şəhərin səs-küyündən dincəlmək, dənizdən və hovuzdan zövq almaq üçün My Beach Novkhani-ya gəlin.
Qiymət cədvəli aşağıdakı kimidir:
Həftəiçi 20 AZN;
Həftəsonu 25 AZN;
6-12 yaş arası uşaqlar üçün giriş 15 AZN;
6 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur.
Qiymətə daxildir:
- Hovuzdan və dənizdən istifadə;
- Uşaqlar üçün hovuz;
- Atraksiyon;
- Şezlonq;
- Çətir.
@toofunapp.com