Bakıda ən populyar hotellər - SİYAHI

Xəbərlər 3 Fevral 2015 00:00 2065
Bakıda ən populyar hotellər - SİYAHI

«Media Consulting & Services» şirkəti 2015-ci ilin yanvarı ayında mətbuatda ən çox xatırlanan otel və biznes mərkəzlərinin adını açıqlayıb. Seyyah.az-ın şirkətə istinadən məlumatına görə, mətbuatda haqqında daha çox yazılan 5 otel və biznes mərkəzi müəyyənləşib.

Yavarda ən populyar hotel olan “Hilton”la bağlı- 170 məlumat dərc olunub.  Bununla yanaşı, “Hilton”un mətbuatda tez-tez xatırlanmasının əsas səbəbi, hoteldə bahalı mənzilin satılması barədə məlumatların dəfələrlə təkrarlanması olub. Hotellər arasında populyarlığına görə 2-ci yeri isə “Excelsior” tutur. Yanvarda  hotelin aksiyaları və buradakı məhsullar barədə mətbuatda 123 məlumat yayılıb. Sonrakı yerləri 102 məlumatla “Four Seasons”, 98 məlumatla “Fairmont Baku”, 89 məlumatla “Empire” tutub.

OXŞAR XƏBƏRLƏR