Türkiyəyə gələn turistlərin sayı 31% artıb

Türkiyəyə gələn turistlərin sayı 31% artıb
Xəbərlər 30 Iyun 2018 11:52 599
Türkiyəyə gələn turistlərin sayı 31% artıb

Türkiyəyə May ayında keçən ilin eyni ayı ilə müqayisədə 27,29 faiz artımla 3 milyon 678 min 440 xarici vətəndaş səfər edib.
 

Mədəniyyət və Turizm Nazirliyinin internet saytında verilən məlumata görə, bu ilin Yanvar-May aylarında Türkiyəyə səfər edən xaricilərin sayı isə keçən ilin eyni dövrü ilə müqayisədə 30,81 faiz artımla 11 milyon 462 min 407 olub.  2018-ci ilin Yanvar-May aylarında Türkiyəyə ən çox turist  göndərən ölkə Rusiya olub. Bu dövrdə Rusiyadan 1 milyon 388 min 456 nəfər (12,11 faiz) Türkiyəyə səfər edib.

Rusiyanın ardınca, 1 milyon 108 min 552 turist ilə (9.67 faiz) Almaniya, 980 min 103 turist ilə (8,55 faiz) İran gəlib. Dördüncü və beşinci yerləri isə öz növbəsində Gürcüstan və Bolqarıstan tutub.

@marja.az

OXŞAR XƏBƏRLƏR