Yayın ləzzətli 3 ayı güllə kimi keçir Ona görə də, bu müddətdə çatdırıb həm yaxşı istirahət etmək, həm də imkan olsa qazanmaq lazımdır. Yay vaxtı bax bunları edə bilərsiniz.
1. Hava şarında uçun
Bilirsiz bu nə deməkdir? Yerdən 350-400 metr hündürlüyə qalxıb təqribən 1 saat uçursunuz. Sizinlə birlikdə «zənbildə» 10-15 nəfər də ola bilər. Zənbildən yıxılmasanız ömür boyu unutmayacağınız təəssüratlar alacaqsınız. Bir problem var ki, bunun üçün Kappadokiyaya getməlisiniz.

2. Dənizə gedin
Əlbəttə, dənizsiz də yay olar? Özü də bunun üçün Türkiyəyə getmək lazım deyil. Evdən çıxıb çimərliyə yollanan istənilən avtobusla uzaqbaşı saat yarımdan sonra dənizdə çimib dincələ bilərsiniz. Özünüzlə pendir-pomidor-çörək, meyvə-qarpız və su götürməyi unutmayın.

3. Maraqlı bir şəhərə gedin
Yayda boş vaxtlarınızda yaşadığınız şəhəri qısa müddətə də olsa tərk edin. Məsələn, Şəmkirdə və ya Göygöldəki alman məskənlərinə, Şəkiyə, Mingəçevirə, lap elə Gəncənin özünə, Qusara, Qaxa, Zaqatalaya baş çəkin. Elə bir yer seçin ki, indiyədək orada olmamısınız.
4. İdmana başlayın
İş vaxtı idmandan yaxa qurtarmaq üçün gətirdiyiniz heç bir bəhanə qalmayıb – vaxt da var, hava da yaxşıdır. Əlbəttə yayın axırına kimi 20 kilo arıqlaya və Şvarsnegerin bədənini yığa bilməzsiniz, yaxşıca qıvraqlaşıb bədəninizi qaydaya salmaq mümkündür.

5. Gəmi və ya qayıqda üzün
Yay, dəniz və gəmi səyahəti vaxtıdır. Sizi bir neçə min dollar verib Aralıq dənizində kruizə çıxmağa məcbur edən yoxdur. Sadəcə gəmiyə və ya qayığa minib sudan, onun gücündən və əzəmətindən ləzzət alın. Unudulmaz hissdir, həm də suya baxıb yaxşı planlar da qurmaq olar. Bunu Bakıda bulvarda, Qobulənddə su velosipedlərində, Mingəçevirdə, və ölkəmizin əksər bölgələrnidəki istirahət mərkəzlərində edə bilərsiniz.
6. Heç olmasa bir həftə internetsiz qalın
Lənət şeytana, bunu bacarsanız sizə zaval yoxdur. Heç bilirsiniz, internet nə qədər vaxtımızı alır? Rusiyalı jurnalistlərdən biri bir həftə smartfonsuz və internetsiz qalıb. Bu müddətdə o 328 email, FB-dan 67 mesaj, 7 zəng, 2890 tvit ötürüb. Siz bəlkə bundan da çox mesaj itirərsiniz. Amma əvəzində həmin jurnalist 48 səhifə yazı yazıb, idmanla məşğul olmağa, kitab oxumağa başlayıb, ailəsi ilə keçirdiyi vaxtı artırıb və canlı ünsiyyətə meyllənib.
7. Konsertə gedin
Deməyin ki, bütün müğənnilərə televizorda və ya telefonda qulaq asmaq olur. Konsert xanlı musiqidir və onun ləzzəti-effekti başqadır. Ən əsası, musiqi insanı xoşbəxt edir. Məsələn Hollandiyanın Qroningen Kniversitetindən İakov Yoley hesablayıb ki, xoşbəxtlik yaradan mahhılar bunlardır:
Queen — Don't stop me now
ABBA — Dancing Queen
The Beech Boys — Good vibrations
Survivor — Eye of the tiger
Cyndi Lauper — Girls just want to have fun.
8. Dağa çıxın
Sonuncu dəfə əziyyət çəkərək harasa çıxmağınızı xatırlayırsınız? Yaqin ki, lift xarab olanda 12-ci mərtəbəyə qalxmısınız. Dağlarda isə hər şey gözəldir: təmiz hava, göy çəmənlik, aşırımlarda isə gözəl kafelər. Belə yerləri Bakının ətrafnıdan tutmuş ölkənin bütün ərazilərində tampa bilərsiniz.

9. Velosipedlə təbiəti gəzin
Bu da istirahətin aktiv bir növüdür. Piyada 5 saata gedə biləcəyiniz məsafəni 1 saata gedib qaydırsınız. Yayda isə bunun başqa ləzzəti var. Qlazqo universitetinin alimləri hesablayıb ki, hər gün velosiped sürmək xərçəngə tutulmaq şansını 45% azaldır. Çətin ki, bunu hər gün edə biləsiniz, amma heç olmasa istirahət günləri velosiped sürə bilsəz, əla olar.
10. Televizora az baxın
Televizorun bizi nə qədər passivləşdirdiyini, vaxtımızı nə qədər aldığını deməyə ehtiyac yoxdur. Vaxtının qədrini bilənlər televizora baxmaqdansa işləməyə, ya da heç olmasa yaxınları ilə vaxt keçirməyə çalışırlar. Amma TV-yə baxmaq həm də göstəricidir. Maliyyə planlaşdırması üzrə mütəxəsis Tom Korli bildirir ki, ABŞ-da varlı adamların 67%-i televizora gün ərzində bir saatdan da az vaxt ayırırlar. Kasıbların isə 77%-i gündə 1 saatdan artıq TV-yə baxırlar. Necədir, yenə də televizora baxmaq istəyirsiniz?
11. Arzusunda olduğunuz yeməkləri dadın
Yay – eksperimentlər vaxtıdır və bu təkcə istirahətə aid deyil. Çoxdandır ki, maraqlandığıız və ya imkan tapıb dada bilmədiyiniz yeməkləri dadın. Xaricdə tanımadığınız mətbəxlərlə tanış olun, yeni dadlar hiss edin. Azərbaycanın bölgələrində də səfərə çıxanda heç vaxt adını eşitmədiyiniz xörək tapan kimi sifariş edin. Belə məsələlər səfəri unudulmaz edir.
12. Səyahəti planlaşdırın
Bəli, düz oxudunuz səyahəti planlayın. Düşünəcəksiniz ki, yay özü səyahət vaxtıdır. Doğrudur, amma müşahidələr göstərir ki, məhz yayda səyahətin qiyməti ən yüksək olur. Mövsümdən sonra, məsələn sentyabrda isə turist axını azalır və qiymətlər az qala yarıbayarı düşür. Bu yaxşı qiymətə səyahət üçün ən əlverişli vaxtdır. Xüsusilə Avropanı gəzmək və Türkiyə çimərliklərində dincələ bilərsiniz.
13. Lazım olmayan bağı icarəyə verin
Bağınız var, amma oraya getməyə vaxtınız yoxdur? Əla, yayda onu icarəyə verin. Bakı ətrafında bağ evlərinni icarə qiyməti şəraiindən və yerindən asılı olaraq ayda 500 manatdan başlayır vç 3-4 min manatadək qalxır. Günlük kirayədə isə daha çox pul qazana bilərsiniz – hardasa günə 50-60 manat.
15. Evi yığışdırın
İl uzunu evdə yığılıb qalan lazımsız əşyaları, heç vaxt istifadə etmədiyiniz alətləri, geyinmədiyiniz paltarları aşkar edib onardan yaxa qurtarmaq üçün yay ən yaxşı vaxtdır. Yəqin ki, bir ildir ki, evdə geiş təmizlik işləri aparmırsınız. Onp görə də şkafları, iş stolunu, oyuncaqları, kitab rəflərini ortaya töküb diqqətlə baxın. Lazım olmayan əşyaları da atmayın – internetdə babat qiymətə sata bilərsiniz.

16. Ev idə kirayəyə verin
Yayda uzaq yerə səyahətə gedəcəksinizsə, ev idə kirayəyə verə bilərsiniz. Onsuz da boş qalıb. Amma tanıdığınız adam, ya ya Airbnb-nin yaxşı xasiyətnamə verdiyi biri olmalıdır.
17. Maaşınızı artırmağı xahiş edin
Bəli, yay fəsli məzuniyyətlər, yeni həyata, yeni planlara və.. yeni iş yerində işə başlamaq vaxtıdır. Üstəlik, qiymətlər də hər gün artır, sizin 2-3 il əvvəl sevindiyiniz maaşlar indii yəqin ki, artıq qane etmir. Ona görə də məzuniyyətə getməzdən əvvəl bossunuzla maaş haqqında danışın, onun bu barədə düşünmək üçün yayın sonunadək vaztı olacaq )).
18. Yeni qazanc üsulu fikirləşib tapın
Yayda elə bir üstünlüyünüz var ki, ilin başqa vaxtı bu olmur. Bu – boş vaxtdır. Boş vaxtlarınızda haradasa işləyə, və ya yaxşı-yaxşı fikirləşib qazanc imkanları tapa bilərsiniz.
19. «YouTube» üçün rolik hazırlayın
Bu mənlik deyil» deməyin. İndi YouTube-dən elə adamlar, elə roliklərə görə pul qazanırlar ki, sizin ağlınıza da gəlməz. Məsələn, çinli bir xanım, sadəcə kamera qarşısında yemək yeyir. Milyonlarla baxış, ona əməlli başlı pul qazandırır. Siz də maraqlandığınız və adamlara da maraqlı ola biləcək mövzularda rolik çəkə biləsiniz. Milyon qazanmasanız da müəyyən gəlir olacaq.
21. Faydalı kitablar oxuyun
«Vulf qonararın məbləğini eşidəndə həzzdən gözlərini yumdu. Bu məbləğlə o düz bir işləməyib, boş vaxtlarında kitab oxuyacaqdı». Sevimli yazıçım Reks Stautun bu cümləsindən sonra kitabların nə qədər qiymətli olduğunu sübut etməyə ehtiyac qalmır. Biznes trenerlər də and içirlər ki, ada mnə qədər çox kitab oxusa, o qədər ağıllı və varlı olur. Amma kitablarda oxuduqlarınızı praktikada tətbiq etməyi də unutmayın.

23. Xarici dil öyrənməyə başlayın
Yəqin deməyə ehtiyac yoxdur ki, xarici dil nə qədər faydalıdır. Özü də məsələ təkcə ingilis dili ilə bitmir. Ərəb, fransız, Çin, ispan - bu dillərin hər biri sizə dünyada yüz milyonlarla həmsöhbət qazandıra bilər və imkanlarınızı inanılmaz dərəcədə genişləndirər. Bunun üçün isə sadəcə televizorun qarqısından durub dil öyrənməyə başlamaq lazımdır. Bunun üçün çoxsaylı imkanlar var. Hətta internetlə xaricdə yaşayanlarla tanış olaraq da dilinizi təkmilləşdirə bilərsiniz.
24. Başqa ölkədən qonaq dəvət edin
Bəli, bəli, yeni adamlar, yeni mədəniyyətlərdə tanış olmaq istyirsinizsə məhz bunu edə bilərsiniz. Kauçsörfinq (https://www.couchsurfing.com/) – öz evində xarici qonaqları qəbul etməyə hazır olan adamların şəbəkəsidir. Bunu etməklə siz həm xaricə gedəndə tanımadığınız adamların evində qalıb onlarla və ölkə ilə tanış olacaqsınız, həm də öz evinizdə xariciləri qonaq edə biləcəksiniz. Bu başqa ölkələrin mədəniyyəti ilə tanış olmağın ən yaxşı yoludur. Xariciləri özünüzlə tədbirə, məsələn ad günü və ya toya da apara bilərsiniz, bizm ölkə və adətlərlə tanış etmək üçün. Hazırsınız? Onda qeydiyyatdan keçib axtarışa başlayın.
25. Zərərli vərdişlərdən əl çəkin
Yay istirahət dövrüdür, bəziləri bunu yeyib-içmək, bəziləri isə sadəcə içmək və çəkmək dövrü bilir. Bunlar zərərli vərdişlərdir. Həm səhhətiniz, həm də ətrafdakılar üçün ona görə də heç olmasa siqaretdən imtina edib qənaət etdiyiniz pulları yaxşı istirahətə sərf edin ya da yığın.
