Xaricilər Azərbaycanda yarım milyard xərcləyib

Xaricilər Azərbaycanda yarım milyard xərcləyib
Xəbərlər 3 Iyul 2018 15:33 407
Xaricilər Azərbaycanda yarım milyard xərcləyib

 

Bu ilin ilk 5 ayında xarici turistlər təkcə bank kartları ilə Azərbaycanda yarım milyard manatdan artıq pul xərcləyiblər.

FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2018-ci ilin iyun ayı üçün “İxrac İcmalı”nda bildirilir.

İcmalda bildirilir ki, 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1 milyon 55,6 min və ya ötən ilin eyni dövrünə nisbətən 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-may aylarında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində artım müşahidə edilib. Cari ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 107,3 milyon manat təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 16 faiz artıb.

Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 21 faiz artaraq 513,7 milyon manat təşkil edib. 

OXŞAR XƏBƏRLƏR