Antalyada turist əlindən yer yoxdur – REKORD

Antalyada turist əlindən yer yoxdur – REKORD
Xəbərlər 3 Iyul 2018 16:34 602
Antalyada turist əlindən yer yoxdur – REKORD

 

Bu il Türkiyənin Antalya kurortuna gələn turistlərin sayı rekod həddə çatıb. FED.az xəbər verir ki, artıq dünən Antalyaya gələnlərin sayı 5 milyon nəfəri keçib.

Bu, indiyədək ən yaxşı nəticənin qeydə alındığı 2014-cü ilin göstəricisindən 278 min nəfər artıqdır.

İki illik zəifləmədən sonra Türkiyənin bütün turizm bölgələri kimi, Antalyada da «turizm bombası» partlayıb. Turistlərin sayı o qədər sürətlə artır ki, artıq bu gün Antalyanın qonaqlarının sayı daha 15 min artaraq 5 milyon 15 min 745 nəfər olub.

Xatırladaq ki, son iki il Antalya turizmi üçün asan olmayıb. 2016-ci ildə Rusiya və Avropa turistlərinin, 2017-ci ildə isə Avropa turistlərinin azalmasına görə, çətinliklərlə üzləşən Antalyada qiymətlər aşağı enmiş, otellərin isə bir hissəsi satışa çıxarılmışdı. İndi isə turistlərin sayı tarixin ən yaxşı nəticələri sayılan 2014-cü ili geridə qoyub.

Ötən illə müqayisədə isə turistlərin sayı 1 milyon 44 min 710 nəfər və ya 26% yüksəlib.

OXŞAR XƏBƏRLƏR